gilənar - gülyanaq məmmədova lyrics
[bənd 1]
gözüm gördü, könlüm sənə vuruldu, a balam, vuruldu
gözüm gördü, könlüm sənə vuruldu, a balam, vuruldu
isbatı qəlbimin yarasındadır, isbatı qəlbimin yarasındadır
sevmək eyib deyil bizim zamanda, a balam, zamanda
günah gözlərinin qarasındadır
[nəqərat]
o taylısan, bu taylısan
şəmkirlisən, şirvanlısan
göyçəlisən, kəlbəcərlisən
bizim ellisən, şirin dillisən
a sonam, a sonam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm mən, ey!
a zalım, a zalım, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm
səni mən sevirəm
[bənd 2]
sevməyə bilərmi bülbül çəməni, a balam, çəməni?
sevməyə bilərmi bülbül çəməni, a balam, çəməni?
laləni, nərgizi, həm yasəməni
laləni, nərgizi, həm yasəməni
[nəqərat]
o taylısan, bu taylısan
incəbellisən, qaratellisən
dərdin alım, ağrın alım
gilənar, sona yar, ay tazə yar
a zalım, a zalım, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm mən, ey
səni mən sevirəm
a sonam, a sonam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm
səni mən sevirəm
[muğam]
nuri*didəm, sənə qurbandır bu canım, bəri gəl
nuri*didəm, sənə qurbandır bu canım, bəri gəl
bir qədər asta yeri sərvi*rəvanim, bəri gəl
sən kimi, sən kimi incə gülün bülbülü, şeydası mənəm
yayılıb gülşənə, bil, ahu*fəğanım, bəri gəl
nə qədər dözməliyəm, söylə görüm, hicri*qəmə?
nə qədər dözməliyəm, söylə görüm, hicri*qəmə?
qalmayıb ində mənim səbrü*qərarım, bəri gəl
bikəsəm, halim sorsan şad olaram
çünki varımdır sənə sirri*gümanım, bəri gəl, bəri gəl, bəri gəl
[bənd 3]
istəsən alovlat, istəsən söndür
a balam, ya öldür
istəsən alovlat, istəsən söndür
ay balam, gəl öldür
qəlbim odla suyun arasındadır
[nəqərat]
o taylısan, bu taylısan
səni yanasan
bir dənəsən
ay balam, ay balam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm mən, ey!
a sonam, a sonam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm, qadan alım
səni mən sevirəm
səni mən sevirəm, ay!
Random Song Lyrics :
- the family - dirty pagans lyrics
- embers - james newman lyrics
- dorō dōmu - hiruko lyrics
- rock star - anarchy (jpn) lyrics
- mondre mo murda - mondre m.a.n. lyrics
- elegant - princess rizu lyrics
- 無限大 (infinity) / the first take - 河野 純喜 (junki kono) lyrics
- tainted love - holy wars lyrics
- no one will ever know - matt monro lyrics
- margo - julio sosa lyrics