
azərbaycan - gülyaz məmmədova & gülyanaq məmmədova lyrics
[bənd 1]
görən gözüm, vuran qəlbim
həm də canım azərbaycan
gözümdə nur, qəlbimdə ruh
bədəndə qan azərbaycan
ərənlərdir solum*sağım
vüqarımsan, azərbaycan
say*hesabsız gözəllərin
məskənisən, azərbaycan
[keçid]
gecəm deyil, gündüzümsən
dağım*dərəm, həm düzümsən
özgə deyilsən, özümsən
həzin laylam azərbaycan
[nəqərat]
uluların, ustadların
şəhriyarın, bəxtiyarın
vurğun gəzən çəmənzarın
gülşənin var, azərbaycan
uluların, ustadların
şəhriyarın, bəxtiyarın
vurğun gəzən çəmənzarın
gülşənin var, azərbaycan
[bənd 2]
cəlil, cavid, nizamidən
cabbar, cavad, füzulidən
şah oğlu şah xətaidən
yadigarsan, azərbaycan
dədəm qorqud söz söyləsin
babək özü durub gəlsin
qoç koroğlum yenə desin
at belinə, azərbaycan
[keçid]
qarabağdan təbrizəcən
şuşam, xocalımdan keçən
səni qəlbdən, candan sevən
bir balan var, azərbaycan
ay, qadan alım, a balam, ay
[nəqərat]
uluların, ustadların
şəhriyarın, bəxtiyarın
vurğun gəzən çəmənzarın
gülşənin var, azərbaycan
uluların, ustadların
şəhriyarın, bəxtiyarın
vurğun gəzən çəmənzarın
gülşənin var, azərbaycan
[çıxış]
azərbaycan, azərbaycan
vətənimsən, azərbaycan
Random Song Lyrics :
- no hago trap - milo j lyrics
- trap queen - sour diesel lyrics
- aisa hoga kalyug - narci lyrics
- hochv - rompy lyrics
- on my love - kidz bop kids lyrics
- take my hand precious lord - crabb family lyrics
- открадната любов (otkradnata lyubov) - tsvetelina yaneva lyrics
- za dużo łez - alicja lyrics
- big dreams - lil skies lyrics
- hare krishna (be in) - stan kenton lyrics