
qara qaşlı sərvərim - gülyaz məmmədova lyrics
[bənd 1]
sən gələndə bənövşələr gül idi
həsrət ilə keçən neçə il idi
ah çəkməkdən cavan ömrüm çürüdü
məni dərdə salan şirin dil idi
[nəqərat]
ay ucaboy, xoş baxışlı sərvərim
yalvarıram, getmə, dayan, gəl bəri
ay ucaboy, qara qaşlı sərvərim
getmə, dayan, yalvarıram, gəl bəri
[bənd 2]
qurban olum alagözün şəstinə
bal tökülür al dodağın üstünə
nə durmusan mən yazığın qəsdinə?
[nəqərat]
ay imanım, ay gümanım, ay yarım
mən sənə necə inanım, ay canım?
ay imanım, ay gümanım, ay yarım
mən sənə necə inanım, ay canım?
[bənd 3]
həştərxana gedən gəmi gəlmədi
qürbət eldə yar halımı bilmədi
ara vuran mərdimazar ölmədi
[nəqərat]
mən sənə necə inanım, ay yarım?
inanma sən yad sözünə, ay canım
mən sənə necə inanım, ay canım?
inanma sən yad sözünə, ay canım
[bənd 4]
aparırlar onu təbib yanına
dərdü*bəla gəlməsin, yar, canına
can verərəm sənin kimi canana
[nəqərat]
ay ucaboy, xoş baxışlı sərvərim
yalvarıram, getmə, dayan, gəl bəri
ay ucaboy, qara qaşlı sərvərim
getmə, dayan, yalvarıram, gəl bəri
ay imanım, ay gümanım, ay yarım
mən sənə necə inanım, ay canım?
ay imanım, ay gümanım, ay yarım
inanma sən yad sözünə, ay canım
Random Song Lyrics :
- ella tiene jevo pero quiere guevo - jamsha lyrics
- your type (young bombs remix) - carly rae jepsen lyrics
- come home - savannah maddox lyrics
- lace. - mykedies. lyrics
- coal country - charles wesley godwin lyrics
- vai ser assim - malta lyrics
- cold - the northern folk lyrics
- gremlin's cypher - chuck senim lyrics
- 진지 serious 3 - dok2 lyrics
- fast free delivery - blue six lyrics