
ayrılıq qoxusu - həmidə hüseynova lyrics
[bənd 1]
bax bu da son görüş ayrılırıq biz
buyur ürəyindən keçəni danış
yadına düşürmü ilk görüşümüz
elə soyuqqanlı olmağa çalış
sən bu ayrılığı özün istədin
nə edim gözünün yaçı kəsilə
bəlkə ağlayırsan sənin sevdiyin
son dəfə gözünün yaşını silə
[nəqərat]
bu göz yaşlarıyla nəyi dəyişdin?
üzünü gözünü yuyub gedirsən
ən gözəl anımda yanımda idin
ən çətin günümdə qoyub gedirsən
bu göz yaşlarıyla nəyi dəyişdin?
üzünü gözünü yuyub gedirsən
ən gözəl anımda yanımda idin
ən çətin günümdə qoyub gedirsən
[bənd 2]
yox bu göz yaşı da ovutmaz məni
məni də öldürdün sən bu baxışla
elə bir günahkar görkəmdəsən ki
deyə də bilmirsən məni bağışla
çətindir bağışla, əlvida demək
dilin topuq vurdu, dodağın əsdi
bağışla deməklə nə dəyişəcək?
gözünün yaşını sil mənə bəsdir
[nəqərat]
bu göz yaşlarıyla nəyi dəyişdin?
üzünü gözünü yuyub gedirsən
ən gözəl anımda yanımda idin
ən çətin günümdə qoyub gedirsən
bu göz yaşlarıyla nəyi dəyişdin?
üzünü gözünü yuyub gedirsən
ən gözəl anımda yanımda idin
ən çətin günümdə qoyub gedirsən
Random Song Lyrics :
- outro - trabo lyrics
- intro (makers gonna make) - kay one lyrics
- there's just nothing better than a beard - the beards lyrics
- sleep with a baseball bat - cosmic johnny lyrics
- cremate the dolls - the wicked london lyrics
- showtime - chinny lyrics
- princess of twee - polopop lyrics
- hey modern schoolgirl - the awkward stage lyrics
- 16 novembre - rim'k lyrics
- +intersect+ - maaya uchida lyrics