
azadlıq (explicit) - h.o.s.t. alliance lyrics
[bənd 1]
qədim küləklər diyarı bu gün fontan şəhəri
cəmiyyətin ideologiyası: pul çox olsun dərdi
boş küçələrə vakansiya, əlini aç, dilən gecələri
işlə səhəri, zəhərli sözlərdən məni azad edin
bu dünya bir teatr və əsas qəhrəmanlar
marionet corc buşlar və saxta klintonlar
partladı göydələnlər, doğuldu hiltonlar
yalanlar, yalanlar, məni azad edin
planetimiz açıq fəzada, özümüz amma qəfəsdə
siz süvari, biz piyada, gücümüz amma çox üstdə
axan axına tərs, əsl tənqid olan söz istə
biz verərik, saxta tərifdən məni azad edin
ölkəmizə də günəş düşür, amma hələ ki qaranlıqdır
verilən vəd və islahatların ömrü cəmi bir aylıqdır
kim yaşayır villada, kimdə dəmir barmaqlıqdır
sıxılır ürəyim, bu dəhşətdən məni azad edin
[bənd 2]
məktəb qızları maşınlara göz eyləyir
sonra dubay ağlayır, bakımız gülümsəyir
bir cüt zina edib valentini bizik qeyd edən
indi “playboy” çox oxunur, nəinki quran
fahişələr və mavilər olur xalq artisti
bədnamlıqdan lap yerə soxdum başımı
incəsənətə çobanlar qiymət verir
müəllim maaşı yalnız metro jetonuna çatır
qonşu arvadı şalvarda, qaldıq söyə*söyə
öz evimizdə isə yubkalar dəymir gözə
eşq oğullarımıza olsun vətənpərvər
“ya qarabağ, ya ölüm”,*dedik güzgümüzə
xadimə işləyir ali təhsilli qızlarımız
küçədə dilənçi durub qarabağ əlillərimiz
əkə’lər göydələndə, ziyalı daxmada qalır
bunu ismətim mənə deyir və məni didir
[nəqərat]
azadlığı istəmirəm zərrə*zərrə, qram*qram
qolumdakı zəncirləri qıram, gərək, qıram, qıram
azadlıq istəmirəm bir həb kimi, dərman kimi
istərəm səma kimi, günəş kimi, cahan kimi
[bənd 3]
mən əl qaidə, ya kimdir fidel kastro?
kimlər oturub ağ evdə, kimlər alkatrazda
əhliləşmiş pressa kiminçün “business class”dır
yenə də kastalar, maskarad, məni azad edin
məktəblər, ayaqyoluları, dəhlizlər
yetimlər, kütləvi aclıq və pəhrizlər
yekəqarın avtolarda toppuş rəislər
arvadları evdə, yanlarında fahişələr
yekəlir dodaqlar, villalar və snikerslər
milçəklər də kqb*dəndir, hər yer ştirleslər
peyğəmbər də gəlsə, çıxacaq şou*biznesdən
“superman, batman, terminator”, məni azad edin
söndürün telеvizorları, sındırın radioları
kimdir oyuncaq siyasətin “super mario”ları?
şəffaf qutularda gizlənən şəffaf yalanların
şəffaf türmələrindən məni azad edin
[bənd 4]
mənim düşüncəm tam fərqli
mənim gecə yuxularım rəngli
çalınan havadan asılı dеyil fəslim
mənim aləmimdə başqadır iqlim
mənimçün hər cür ölüm var, təslim yox
bu döyüşdə təlim yox, müəllim yox
ümidim sönmədən, ölmədən, beynim çönmədən
məni azad edin sizlərə dönmədən
məni ayırd edin qara ləkələrdən
allaha qoşulan lətifələrdən
məni uzaq edin abırsız gənclərdən
məni kənar edin şöhrətpərəst həcilərdən
məni xilas edin savadsız həkimlərdən
məni sərbəst edin qeyri*obyektiv seçkilərdən
məni rədd edin pulversitetdən
bacarsaz, məni yox edin bu planetdən
[nəqərat]
azadlığı istəmirəm zərrə*zərrə, qram*qram
qolumdakı zəncirləri qıram, gərək, qıram, qıram
azadlıq istəmirəm bir həb kimi, dərman kimi
istərəm səma kimi, günəş kimi, cahan kimi
[bənd 5]
mənim adım müsəlman, terrorist üçüncü dünya
mənim adım qara millət, neftə bulaşmış qullar
mən işdən evə əliboş gələn atanın intizarı
mən oğlanların pozduğu qızların intiharı
mən şikəst qarabağ əlili, polisin altında
mən rəis, neçə çadır var kreslomun altında
mən üstündə villalar tikilən başdaşıları
mən içkili atadan qorxan uşağın göz yaşları
mən hər gün basabasda, illərlə dayanacaqda
mən başıboş tələbə, deputat oyuncaqları
mən oxunmayan quran, mən partladılan məscid
mən kukla teatrı, ya da ki milli məclis
məni azad edin, bədəndə ruhuma zindanam
məni azad edin, özümə qarşı son üsyanam
mən qanı yerdə şəhid, mən çoxdan ölmüş canam
mən azərbaycanam, mən azərbaycanam
[bənd 6]
böhtan yuvasında sönübdür millət
aysberq halında donubdur millət
tapdalanıbdır haqqımız, tapdalanıbdır hörmət
tapdalanıbdır saqqalımız, tapdalanıbdır qeyrət
haqsızlıq kölgəsi həmişə bizi güdür
istəyirsən, fəhlə ol, istəyirsən, müdir
bəzən vicdansız başçılar idarə edir bizləri
küçük kimi yaltaqdırlar, yeyilib yerdən dizləri
ağıl başı tərk edibdir, başda qalan bütdür
bir*birimizdən ət yesək də, yerdə qalan sümükdür
irəlidə məhkəmədir, icradır, gömrükdür
sözüm yükdür, tək qalacam altında
amma sonra da sən, sonra da o
sonra da biz, sonra da siz
sonra da yaş, sonra da qətl
sonra da yas, sonra da dəfn
sonra kəfən, yenə də mən
sonra da səs, sonra da kəs
məni azad edin bunlardan, kəsilir nəfəs
(nəfəs, nəfəs, nəfəs, nəfəs)
[nəqərat]
azadlığı istəmirəm zərrə*zərrə, qram*qram
qolumdakı zəncirləri qıram, gərək, qıram, qıram
azadlıq istəmirəm bir həb kimi, dərman kimi
istərəm səma kimi, günəş kimi, cahan kimi
azadlığı istəmirəm zərrə*zərrə, qram*qram
qolumdakı zəncirləri qıram, gərək, qıram, qıram
azadlıq istəmirəm bir həb kimi, dərman kimi
istərəm səma kimi, günəş kimi, cahan kimi
Random Song Lyrics :
- luxury - rina whorgan lyrics
- farawell - spawn (arg) lyrics
- berceuse - ariane roy lyrics
- gottloser gegner - blazin'daniel lyrics
- la fenice - giacomo voli lyrics
- 淡色 - 寺崎 裕香 (yuka terasaki) lyrics
- cum zona prime - ai antisocial lyrics
- coconut - greeen lyrics
- noided - painfinder lyrics
- glory & truth - 7wizard lyrics