
şəhidlər - hacı nazim lyrics
[bənd 1]
yatın bu dağ sinəsində, şəhidlər
sinəmizdə çarpaz dağa döndünüz
qış gecəsi, zülmət ilə döyüşdə
gur məşələ, şam, çırağa döndünüz
[keçid]
nə gördünüz məkrli yer üzündə
kül oldunuz alovunda, közündə
*n*ların, bacıların gözündə
qan qarışıq bir bulağa döndünüz
*n*ların, bacıların gözündə
qan qarışıq bir bulağa döndünüz
[nəqərat]
ölməyəcək yaralanmış bu məslək
məzarınız təpə*təpə al çiçək
doğuldunuz bu torpağın eşqitək
şəhid kimi bu torpağa döndünüz
doğuldunuz bu torpağın eşqitək
şəhid kimi bu torpağa döndünüz
[keçid]
qanımızda kükrəyəcək odunuz
qızıl qanla qara ləkə yudunuz
azadlığa dastan olmuş adınız
bu kitabda min varağa döndünüz
[bənd 2]
qan içənə bildirərik həddini
dağıdarıq mənəmliyin səddini
qoy xalqımız düzəltsin öz qəddini
yenilməyən bir bayrağa döndünüz
[keçid]
nə gördünüz məkrli yer üzündə
kül oldunuz alovunda, közündə
*n*ların, bacıların gözündə
qan qarışıq bir bulağa döndünüz
*n*ların, bacıların gözündə
qan qarışıq bir bulağa döndünüz
[nəqərat]
ölməyəcək yaralanmış bu məslək
məzarınız təpə*təpə al çiçək
doğuldunuz bu torpağın eşqitək
şəhid kimi bu torpağa döndünüz
ölməyəcək yaralanmış bu məslək
məzarınız təpə*təpə al çiçək
doğuldunuz bu torpağın eşqitək
şəhid kimi bu torpağa döndünüz
doğuldunuz bu torpağın eşqitək
şəhid kimi bu torpağa döndünüz
Random Song Lyrics :
- bila kau bertanya - eka gustiwana & yessiel trivena lyrics
- follow up - tede lyrics
- riri - tede lyrics
- better fly - bii (毕书尽) lyrics
- no mercy - 2scratch lyrics
- amerikan paj party - tede lyrics
- kaskady przekazu - tede lyrics
- odcinam się - tede lyrics
- najaraj się marią - tede lyrics
- powrót do przyszłości - tede lyrics