
bir eşq istəyirəm - hatəm nəbioğlu lyrics
[bənd 1]
narahat gözümdən yuxum çəkilir
qaçır, ocağımın tüstüsü qaçır
soyuq divarlara ruhum çəkilir
titrək əllərimin istisi qaçır
qopur gövdəsindən budağım qaçır
bir eşq istəyirəm isitsin məni
qaçır, odum qaçır, ocağım qaçır
bir eşq istəyirəm isitsin məni
[keçid]
bu ölmüş ruhumu dirildə bilən
bu soyuq kədəri kiridə bilən
bu donmuş sevgimi əridə bilən
bir eşq istəyirəm isitsin məni
bu donmuş sevgimi əridə bilən
bir eşq istəyirəm isitsin məni
[nəqərat]
mən yağış damlası kim götürəcək?
götürsə, kirpiyi nəm götürəcək
dünyanı büsbütün qəm götürəcək
bir eşq istəyirəm isitsin məni
mən yağış damlası kim götürəcək?
götürsə, kirpiyi nəm götürəcək
dünyanı büsbütün qəm götürəcək
bir eşq istəyirəm isitsin məni
mən yağış damlası kim götürəcək?
götürsə, kirpiyi nəm götürəcək
dünyanı büsbütün qəm götürəcək
bir eşq istəyirəm isitsin məni
mən yağış damlası kim götürəcək?
götürsə, kirpiyi nəm götürəcək
dünyanı büsbütün qəm götürəcək
bir eşq istəyirəm isitsin məni
Random Song Lyrics :
- alone - jay-t (us) lyrics
- 멀어져 (far away) - outsider & jung yi han lyrics
- industry pig - fotocrime lyrics
- vvm - franky fade lyrics
- curses - chain gang [us] lyrics
- hypebeast - suraeh lyrics
- facts - devilish polo lyrics
- got me insane - iv jay lyrics
- duchy - young death 1 lyrics
- plans up - ruslan lyrics