
mən necə unudum - ifrat dünyamalıyev lyrics
[ bənd 1 ]
daha mənim yaşım çatıb iyirmi üçə
səndən ötrü illəri saydım heçə
axı mənə səni xatırladır hər küçə
[ nəqarət 1 ]
mən necə unudum, mən necə
mən necə unudum, mən necə
əzab vermə böylə mənə
çarə nədir söylə mənə
mən necə unudum, mən necə unudum
[ bənd 2 ]
bir dəfə xatirələrə bax sadəcə
indi onları alanda yoxdur vecə
unudulmur sənlə ötən bir gecə
[ nəqarət 2 ]
mən necə unudum , mən necə
mən necə unudum, mən necə
sən bacardın unutmağı
özgə əlləri tutmağı
mən necə unudum, mən necə unudum
[ bənd 3 ]
bir kərəm görüşümə gəlib gizlicə
günahkar ürəyini salmadım gücə
mən nəbilim bacarmısan sən necə
[ nəqarət 3 ]
mən necə unudum, mən necə
mən necə unudum, mən necə
görüşdük axırıncı dəfə
döndün ayrılıq tərəfə
mən necə unudum, mən necə unudum
[ bənd 4 ]
həsrəti salmamaqdan ötrü içə
gərəkdi aşiq olan insan içə
dostlarım içməyə çağırır indicə
[ nəqarət 4 ]
mən necə unudum, mən necə
mən necə unudum, mən necə
dərd olubsa sevgi mənə
çarə deyil içki mənə
mən necə unudum, mən necə unudum
Random Song Lyrics :
- rukous - pyrythekid lyrics
- going - iayze lyrics
- torture (space laces remix) - figure lyrics
- friends - orchid (uk) lyrics
- kammer der arme (part) - absztrakkt lyrics
- internet war - skillibeng lyrics
- let go - noa (jpn) lyrics
- deep water - glass heart lyrics
- rose - cherrsee lyrics
- tuyo para siempre - anthrés lyrics