
bu gecə - ilhamə qasımova lyrics
[bənd 1]
necə kövrəlmişəm sənsiz bu axşam
yadıma düşmüsən yenə bu gecə
bilirsən, mən necə sənsizləmişəm
əlim necə çatsın sənə bu gecə?
saldı ayrılığın saçlarıma dən
bilməzdim, bu qədər daş ürəklisən
soruşdum mən səni zülmət gecədən
vüsalın göylərdən enə bu gecə
[nəqərat]
sənsiz bilməmişəm baharı, qışı
yağıb taleyimə qəmin yağışı
sevincə qarışa gözümün yaşı
həsrətin alovu sönə bu gecə
sənsiz bilməmişəm baharı, qışı
yağıb taleyimə qəmin yağışı
sevincə qarışa gözümün yaşı
həsrətin alovu sönə bu gecə
[bənd 2]
kədərin az qalıb qəddimi əyə
nə ola, əllərin qapımı döyə
ruhum qanadlanıb ucala göyə
sevgilim göylərdən enə bu gecə
kədərin az qalıb qəddimi əyə
nə ola, əllərin qapımı döyə
ruhum qanadlanıb ucala göyə
sevgilim göylərdən enə bu gecə
[nəqərat]
sənsiz bilməmişəm baharı, qışı
yağıb taleyimə qəmin yağışı
sevincə qarışa gözümün yaşı
həsrətin alovu sönə bu gecə
sənsiz bilməmişəm baharı, qışı
yağıb taleyimə qəmin yağışı
sevincə qarışa gözümün yaşı
həsrətin alovu sönə bu gecə
sevincə qarışa gözümün yaşı
həsrətin alovu sönə bu gecə
həsrətin alovu sönə bu gecə
həsrətin alovu sönə bu gecə
Random Song Lyrics :
- 목요일 밤 (thursday night) - urban zakapa lyrics
- basic - bahiri lyrics
- music takeovah (the beatnikz remix) - c-rayz walz lyrics
- bad bitch - henny honey lyrics
- drunk on you - jus2 lyrics
- 이별맛집 (separation restaurant) - soshimhan boys lyrics
- soul preservation - ivan b lyrics
- ghost track - mistaman & dj shocca lyrics
- förlåt - sebastian stakset lyrics
- spread my wings - lloyd banks lyrics