
yavaş-yavaş - ilqar muradov lyrics
[bənd 1]
bu həsrətin, gəl evini
yıxıb gedək, yavaş*yavaş
gözümüzün qəm yaşını
sıxıb gedək yavaş*yavaş
nələr olur bu dünyada
axır mən də döndüm yada
bir dəfəlik canı oda
yaxıb gedək yavaş*yavaş
bir dəfəlik canı oda
yaxıb gedək yavaş*yavaş
bülbül susub, güllər solub
bulud kimi gözün dolub
göy üzündə şimşək olub
çaxıb gedək yavaş*yavaş
göy üzündə şimşək olub
çaxıb gedək yavaş*yavaş
[bənd 2]
günəş kimi yanar ürək
hər an səni anar ürək
tək səni dost sanmır ürək
dosta gedək yavaş*yavaş
biz yol verək sevənlərə
eşq şərbətin içənlərə
sevinc dolu, xoş günlərə
şükür edək yavaş*yavaş
sevinc dolu, xoş günlərə
şükür edək yavaş*yavaş
doymaq olmur bu ellərdən
qəm silinsin könüllərdən
həmişəlik bu şəhərdən
köçüb gedək yavaş*yavaş
həmişəlik bu şəhərdən
köçüb gedək yavaş*yavaş
[bənd 3]
dost qədrini bilin, dostlar
dostla birgə gülün, dostlar
hamılıqla gəlin, dostlar
ömür sürək yavaş*yavaş
ömür sürək səadətlə
eli sevək məhəbbətlə
dost əlini ləyaqətlə
sıxıb gedək yavaş*yavaş
dost əlini ləyaqətlə
sıxıb gedək yavaş*yavaş
unutmayaq dostu, yarı
bütün gözəl insanları
üzümüzü haqqa sarı
tutub gedək yavaş*yavaş
üzümüzü haqqa sarı
tutub gedək yavaş*yavaş
üzümüzü haqqa sarı
tutub gedək yavaş*yavaş
Random Song Lyrics :
- davidson county - johno leeroy lyrics
- it's always my fault - kody lavigne lyrics
- insetos - mundo bita lyrics
- asphalt blood - volhey lyrics
- plegaria - hada de beng lyrics
- skin - v3lv lyrics
- ifs & buts - lelé london lyrics
- pomegranates - star starer lyrics
- stay gone - truefreesia lyrics
- in my bed nija - ckay lyrics