
bir diyarın eşqinə - islama abdullayeva lyrics
ey könül! min namə yaz bir gülüzarın eşqinə
can evindən seyrə çıx bir xoş güzarın eşqinə
hansı rəssamın əlilə canlanır dünya evi?
hər çəmən min qönçə açmış novbaharım eşqinə!
gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri
sən gülün eşqilə dillən, mən də yarın eşqinə
gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri
sən gülün eşqilə dillən, mən də yarın eşqinə
sən gülün eşqilə dillən, mən də yarın eşqinə
məcnun öz şurilə çox da aləmə səs salmasın
hansı namərd can əsirgər bir nigarın eşqinə?
gün keçir, dövran keçir, öz hökmünü vermiş zaman
ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!
insan oğlu can verər pərvanətək atəşlərə
düz sözün, düz ilqarın, düz etibarın eşqinə!
vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
mehri*ülfətdən yaranmış bir diyarın eşqinə!
vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
mehri*ülfətdən yaranmış bir diyarın eşqinə!…
Random Song Lyrics :
- schaufenster - jaill lyrics
- ukuthanda wena - dj maphorisa & visca lyrics
- fall out - adam hambrick lyrics
- sw33t - mickey cosio lyrics
- kids - man on man lyrics
- アウトサイダー (outsider) - granrodeo lyrics
- jette moi le sort - henri bleu lyrics
- ignite my heart - adikop lyrics
- deathangel - manipulation of the population lyrics
- в долгий путь (on a long journey) - чипачип (chipachip) lyrics