bir az möhlət istəyirəm - izzət bağırov lyrics
[bənd 1]
saçlarımın rəngindədir gödəkcən
yarı bozdur, yarı qara, yarı ağ
təbiət öz saydığını sayacaq
bir ömrün fəsilləri qarışmış
yarı yazdır, yarı payız, yarı qış
uzaqdırmı, yaxındırmı mənzilim?
[nəqərat]
mən dağ qalxdım, dağı aşan kimiyəm
dünya gördüm, dünyalaşan kimiyəm
bələd oldum hər üzünə həyatın
gecəsinə, gündüzünə həyatın
bir az möhlət istəyirəm ömürdən
nə qədər ki bu dünyada biz varıq
bu dünyanı yaşadırıq, yaşarıq
[keçid]
aman, aman, aman, aman, aman, aman, ey
aman, aman, aman, aman, aman, aman, ey
[bənd 2]
sən olarsan, mən olaram – ikimiz
həyat şirin, dünya gözəl, sən əziz
saçlarımın rəngindədir gödəkcən
yarı bozdur, yarı qara, yarı ağ
təbiət öz saydığını sayacaq
bir ömrün fəsilləri qarışmış
yarı yazdır, yarı payız, yarı qış
uzaqdırmı, yaxındırmı mənzilim?
[nəqərat]
mən dağ qalxdım, dağı aşan kimiyəm
dünya gördüm, dünyalaşan kimiyəm
bələd oldum hər üzünə həyatın
gecəsinə, gündüzünə həyatın
bir az möhlət istəyirəm ömürdən
nə qədər ki bu dünyada biz varıq
bu dünyanı yaşadırıq, yaşarıq
[çıxış]
sən olarsan, mən olaram – ikimiz
həyat şirin, dünya gözəl, sən əziz
həyat şirin, dünya gözəl, sən əziz
həyat şirin, dünya gözəl, sən əziz
Random Song Lyrics :
- a puro dolor - los reyes del camino lyrics
- lucid - ubaq lyrics
- entregate - g-ben lyrics
- january 1st - tota lyrics
- cleaners - curren$y lyrics
- beautifully human - maddie zahm lyrics
- gold - train cart hotel lyrics
- merge - themushroomsound lyrics
- mar de estrellas - años luz lyrics
- runaway - written by the stars lyrics