
şahmat - javid orudj lyrics
[bənd 1]
bu gün hisslərim duman, duman
fikrimi beynimdə qurammıram
yaşadığım günlər acı “coffee” kimi
içirəm ki, ayıq duram, duram
həyatdan zərbələr ard*arda
həyat da yamanca qəddardır
yoxluğun yaşadır dərd, ağrı
tək tanrı halımdan xəbərdardır
yenə keçmişə qayıtmaq istədim
o xatirələri silmək istədim
oyun bitib, yorulsa dizlərim
soyutmuşam buz qəlbdəki hissləri
içimdə yorğunluq, üzdə gülüş
gəl, dostum, dərdini mənlə bölüş
deyəsən, həyat sənin də qolunu bərk bükmüş
[nəqərat]
məni odlara atdın
cəhənnəm yaşatdın
yaramı qanatdın
özünü aldatdın
indi ruhum azaddır
sevgimi də azaltdım
oyunu bitirdim
şahın belə matdır
məni odlara atdın
cəhənnəm yaşatdın
yaramı qanatdın
özünü aldatdın
indi ruhum azaddır
sevgimi də azaltdım
oyunu bitirdim
şahın belə matdır
[bənd 2]
beyində bir sürü fikirlər, kimə danışım?
haradan başlayacam, bilmirəm
bu çətin günlərlə necə barışım?
yaxınım da əhval tutsa, dinmirəm
uşaqlıq travmaları, bəzi karmaları
dadıram, bunlardan qaçmaq üçün
qatıram həyatıma ruhsal kitabları
dəyişirəm daxili inancları
niyə sevgi nifrətlə dolar?
niyə həqiqət bəzən yalan olar?
niyə bulandı duru axan sular?
niyə insan bu qədər nankor olar?
dünya böyük səhnədir, biz aktyor
kimi yaxşı rolda, kimi pis rol
haradadır ədalət? sual verdim çox
ayıldım cavab yerinə kürəyə batanda ox
[nəqərat]
cəhənnəm yaşatdın
yaramı qanatdın
özünü aldatdın
indi ruhum azaddır
sevgimi də azaltdım
oyunu bitirdim
şahın belə matdır
məni odlara atdın
cəhənnəm yaşatdın
yaramı qanatdın
özünü aldatdın
indi ruhum azaddır
sevgimi də azaltdım
oyunu bitirdim
şahın belə matdır
Random Song Lyrics :
- crack & fashion - rxknephew lyrics
- jiggas - yus gz lyrics
- 僕のカースト革命 (my caste revolution) - *luna (jpn) lyrics
- parlami - icaro (scally) lyrics
- miel - niños del cerro lyrics
- the trauma echoes - bałtyk lyrics
- tek başıma - kum lyrics
- prototype (acoustic) - bellah lyrics
- mini material - sadie davidson lyrics
- should of listened - ken carson lyrics