
qayıt gəl - kənan qədimov lyrics
[nəqərat]
gəl gülüm, könül yaram
sağaldaram aram*aram
tək istəyin gəlmək ola
dağı yerindən oynadaram
gəl, mənim canım*gözüm
arım, balım, şirin sözüm
ya hə denən, ya yox denən
ya əl çəkim, ya da dözüm
[bənd 1]
zaman məni, saat məni
yaman sıxır həyat məni
boş*boşuna səsləmirəm
çox şeyi mən istəmirəm
gülüm ya sev, ucalt məni
ya öldür, ya yaşat məni
düzünü desən, incimərəm
bir daha təkrar demərəm
[nəqərat]
gəl gülüm, könül yaram
sağaldaram aram*aram
tək istəyin gəlmək ola
dağı yerindən oynadaram
gəl, mənim canım*gözüm
arım, balım, şirin sözüm
ya hə denən, ya yox denən
ya əl çəkim, ya da dözüm
[bənd 2]
o hal məni, bu hal məni
edibdir halbahal məni
ömrüm, günüm, ayım, ilim
sızıldaram ilim*ilim
fikir məni, xəyal məni
gəl ki, etməyə lal məni
bir söz de ki, mən də bilim
susma belə, nazlı gülüm
[nəqərat]
gəl gülüm, könül yaram
sağaldaram aram*aram
tək istəyin gəlmək ola
dağı yerindən oynadaram
gəl, mənim canım*gözüm
arım, balım, şirin sözüm
ya hə denən, ya yox denən
ya əl çəkim, ya da dözüm
[keçid]
gəl, məni qopar
fikir dolu günümdən, sualların əlindən
gəl, məni apar
düşüncələr önündən, xəyalların əlindən
[nəqərat]
gəl gülüm, könül yaram
sağaldaram aram*aram
tək istəyin gəlmək ola
dağı yerindən oynadaram
gəl, mənim canım*gözüm
arım, balım, şirin sözüm
ya hə denən, ya yox denən
ya əl çəkim, ya da dözüm
gəl gülüm, könül yaram
sağaldaram aram*aram
tək istəyin gəlmək ola
dağı yerindən oynadaram
gəl, mənim canım*gözüm
arım, balım, şirin sözüm
ya hə denən, ya yox denən
ya əl çəkim, ya da dözüm
Random Song Lyrics :
- area codes (415 remix) - kali lyrics
- goodnight, sweetheart (slow-fox) - al bowlly & ray noble's orchestra lyrics
- outrospection - a-q (nig) lyrics
- lasse de tout - jae (fra) lyrics
- infierno - paul cruz lyrics
- overcast - moreece x terrance lyrics
- ghost of the corner - yung memories lyrics
- mantra - devildriver lyrics
- humble - jake plumb lyrics
- hallelujah (feat. portable) - chadreek lyrics