
saçlarına gül düzüm (akustik) - kamil qədimzadə lyrics
Loading...
[bənd 1]
bağçalarda yasəmənlər verdi baş*başa
lalələr bürüdü çəməni, düzü
bu yerlərdə, ay sevgilim, gəzməsək qoşa
çəmənlər, çiçəklər sınayar bizi
[nəqərat]
saçlarına gül düzüm
mənim günüm, gündüzüm
sənsiz mən necə dözüm?
bilmirəm özüm
saçlarına gül düzüm
mənim günüm, gündüzüm
mehribanım, əzizim
gəl, gülsün üzüm
[bənd 2]
payız oldu, uçdu, getdi durna qatarı
çəmənlər rəngini niyə itirdi?
yox, solmadı ürəyimdə eşqin baharı
arzular, ümidlər min gül bitirdi
[nəqərat]
saçlarına gül düzüm
mənim günüm, gündüzüm
sənsiz mən necə dözüm?
bilmirəm özüm
saçlarına gül düzüm
mənim günüm, gündüzüm!
mehribanım, əzizim
gəl, gülsün üzüm
gəl, gülsün üzüm
gəl, gülsün üzüm
Random Song Lyrics :
- karma - jive me lyrics
- funk da desgraça - neto lyra lyrics
- show down - ha hyun woo lyrics
- la beauté du cœur - saez lyrics
- конфабуляторный бред (confabulatory nonsense) - yz gunja lyrics
- jodido kid - rojuu lyrics
- the cup only knows - total service with 차차 lyrics
- we dead are best left underground - the black dahlia murder lyrics
- techs - oshun lyrics
- nvr . - cyyb3rr lyrics