
əqrəblər - kazımcan lyrics
[bənd 1]
xahiş edirəm, ana, qocalma
uşaqlığımı əlimdən alma
mən tələsdim, böyüdüm, bilirəm
vecinə alma, ana
bəlkə gedək sabah bağa?
su verək qoca çinara
nə olsun, quruyub çoxdan
sən qocalma, ana
[nəqərat]
əqrəblər, çətin ki, geriyə getsinlər
üzümü sevindirsinlər
ürəyin döyüntüsüdür saniyələr
tələsdim, gözləmədilər əqrəblər
(əqrəblər)
(gözləmədilər)
(əqrəblər)
[bənd 2]
bəlkə evə mən gec gəlim
narahat ol, mən əsəbiləşim
“bu vaxtı küçədə nə işin?”, * de
qocalma, ana
soruş məndən ki: “nə yemisən?
hava soyuq, istimi geyinmisən?
mənim şirin balaca balam”, * de
utanma, ana
[nəqərat]
əqrəblər, çətin ki, geriyə getsinlər
üzümü sevindirsinlər
ürəyin döyüntüsüdür saniyələr
tələsdim, gözləmədilər əqrəblər
(əqrəblər)
(gözləmədilər)
(əqrəblər)
(əqrəblər)
(gözləmədilər)
(əqrəblər)
əqrəblər, çətin ki, geriyə getsinlər
üzümü sevindirsinlər
ürəyin döyüntüsüdür saniyələr
tələsdim, gözləmədilər əqrəblər
(əqrəblər)
(gözləmədilər)
(əqrəblər)
Random Song Lyrics :
- si te acercas hacia el sur - emmanuel lyrics
- grime-a-side 2016 quarter final: london vs. leeds - red bull music lyrics
- szary człowiek - sanake lyrics
- cutting cabbage (рубка капусты) - account for money lyrics
- christmas christmas - cheap trick lyrics
- n.y.c. - l.i.f.e. long & bunty beats lyrics
- in the middle - tony funk lyrics
- la galère - zikxo lyrics
- vintage - exicition b lyrics
- week...end - negoto lyrics