buradan ora - l-mir lyrics
[giriş]
buradan ora salamlar
buradan ora, hamıya salamlar
məni yada salanlar
məni dar gündə və şad gündə yada salanlar
buradan ora, buradan ora, buradan ora
istəyirəm, bunu biləsiniz
buradan ora salamlar
hər biriniz yadımdasız
məni yada salanlar
hər birinizin həyatımda bir rolu olub
buradan ora, buradan ora, buradan ora
hər birinizin ürəyimdə ayrıca yeri var
getdik
[bənd 1]
mən bu gün kiməmsə, borcluyam keçmişimə
baxmadım dostun cibinə, düşmənin dişinə
ola bilsin, bəzi addımlarım olmayıb müdrik
döymüşəm anamın maaşını kəsən müdiri
istəmişəm, dəridən kurtkam olsun qara
gecə ilə bir kamaz un boşaltdıq, əllərim olmuşdu yara
amma heç vaxt görməzdin, məni boş*boş danışım
bu gün yanımda olmayan tanıya bilmədi məni yaxşı
mən gülümün hər yarpağın üstündə əsən adamam
düyünü aça bilmədiyim ipi kəsən adamam
mən hara getsəm də, adamım məni tapır
mən harada ilişsəm də, açılır başqa qapı
dedilər, yenidən birləşin, partladarsız hər yeri
dedim, “dəyirman” keçmişimdir, onunla etmirəm alveri
bu cavanlıq dövrü idi, vurduq başa
hər şeyin bir ömrü var, hər anı dolğun yaşa
[nəqərat]
buradan ora salamlar, məni yada salanlar
bir yerdə böyüdüyüm, çörəyi böldüyüm
küçələr və dalanlar, darıxmasın qalanlar
buradan ora salamlar, məni yada salanlar
bir yerdə böyüdüyüm, çörəyi böldüyüm
küçələr və dalanlar, darıxmasın qalanlar
[bənd 2]
90*ların uşaqları başqadır, inan, eşidəndə
anam deyərdi: “allah amanında”,*mən harasa gedəndə
sol vuran əlim idi, bilməzdi verdiyini sağ əlim
kimdəsə bu gün də vəziyyət yaxşıdır tək hər ayın əvvəli
mən yaşayıram indi başqa həyat macəra dolu
inanmazsan, amma nyu*yorkda da tanıyan olur
çoxusu sıfırdan gəlir, başlayır burada hər şeyi
buna da güc lazımdır ha, sənə deyim
xəzər mənzərəsi bu gün dəyişib okeana
baxıram youtube*da “şərikli çörək, ögey ana”
yayda gələcəm o tərəflərə, sağlıq olsun
deyirlər: “gəl, gəz, amma qayıtma, ağlın olsun”
qayıtmağı bilmirəm, amma gəlib*gedərəm arada
doğrusu, məndən yaxşı bilən var yuxarıda
gələndə özümlə cəmi bir şəkil gətirdim divardan asmağa
anardır, miridir, malikdir və mən soldan*sağa
[nəqərat]
buradan ora salamlar, məni yada salanlar
bir yerdə böyüdüyüm, çörəyi böldüyüm
küçələr və dalanlar, darıxmasın qalanlar
buradan ora salamlar, məni yada salanlar
bir yerdə böyüdüyüm, çörəyi böldüyüm
küçələr və dalanlar, darıxmasın qalanlar
Random Song Lyrics :
- madonna - epik high lyrics
- viraal - frenna & mula b lyrics
- fan of myself - iteejayyy lyrics
- i can't help - chyde lyrics
- the truth is with in you(jumper) - dj bigbrand1 lyrics
- amor y vida - skool 77 lyrics
- miss chang - tha trickaz remix - chinese man lyrics
- etiquette - chvcks lyrics
- la stella e il marinaio - murubutu lyrics
- infinity - young guns (uk) lyrics