
həyat - lalə məmmədova lyrics
[bənd 1]
mənə yaşatmağı öyrətmə, həyat
sənin hər üzünü görmüşəm artıq
mənə nağıllardan danışma, həyat
o saflıq yaşımı keçmişəm artıq
gəl mənə özünü tanıtma, həyat
bu gün verdiyini sabah alacaq
güldürüb, sonra da həzm eləməyib
xirtdəyimdə qoyub ağladacaqsan
[nəqərat]
sən artıq mənim üçün bulud kimisən
kənardan dolusan, toxunsam bomboş
sən artıq mənim üçün yuxu kimisən
orda ayıq idim, burdasa sərxoş
sən artıq mənim üçün yazdan xatirə
payızın olmayan çiçək kimisən
sən artıq mənim üçün bəstəsi hazır
qafiyəsi yarım şeir kimisən
sən artıq mənim üçün yazdan xatirə
payızın olmayan çiçək kimisən
sən artıq mənim üçün bəstəsi hazır
qafiyəsi yarım şeir kimisən
[bənd 2]
mənə yaşatmağı öyrətmə, həyat
səni öyrənməkdən yorulmuşam mən
mənə yaşatmağı öyrətmə, həyat
sənin ustadından dərs almışam mən
mənə pambıqlardan gəlinlik biçib
əynimə geyəndə yandıracaqsan
özün yaşayasan, güləsən deyə
məni hara kimi harcayacaqsan?
[nəqərat]
sən arıtq mənim üçün bulud kimisən
kənardan dolusan, toxunsam bomboş
sən artıq mənim üçün yuxu kimisən
orda ayıq idim, burdasa sərxoş
sən artıq mənim üçün yazdan xatirə
payızın olmayan çiçək kimisən
sən artıq mənim üçün bəstəsi hazır
qafiyəsi yarım şeir kimisən
sən artıq mənim üçün yazdan xatirə
payızın olmayan çiçək kimisən
sən artıq mənim üçün bəstəsi hazır
qafiyəsi yarım şeir kimisən
sən artıq mənim üçün yazdan xatirə
payızın olmayan çiçək kimisən
sən artıq mənim üçün bəstəsi hazır
qafiyəsi yarım şeir kimisən
sən artıq mənim üçün yazdan xatirə
payızın olmayan çiçək kimisən
sən artıq mənim üçün bəstəsi hazır
qafiyəsi yarım şeir kimisən
Random Song Lyrics :
- по фотороботу (by identikit) - джастрэй (restinpeaceray) lyrics
- driftwood - allegaeon lyrics
- east side playaz - pčela (srb) lyrics
- ambassador - oger & фаст альберто (fast alberto) lyrics
- make you mine - shiroko raccz lyrics
- resident evil - ener lyrics
- žalim te žalim mala - jašar ahmedovski lyrics
- walking in the neon - peter richard lyrics
- a way through - mcraes lyrics
- uzmi sve što želiš, crni anđele - u škripcu lyrics