
şuşa - lalə məmmədova lyrics
[bənd 1]
sərt sıldırım qayaların başında
lövbərin əbədi salan, ay şuşa
sən elə cavansan aqil yaşında
bizə pənah xandan qalan, ay şuşa
zirvəli dağlardır yarın, yoldaşın
odur ki, dağlartək ucadır başın
canlı bir tarixdir hər qayan, daşın
haqdan çəkilibdir qalan, ay şuşa
canlı bir tarixdir hər qayan, daşın
haqdan çəkilibdir qalan, ay şuşa
[nəqərat]
şuşam, ay şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
cənnətim şuşam
[bənd 2]
qoynun gözəlliklə boşalır, dolur
güllərin nə yayda, nə qışda solur
ya bəstəkar olur, ya şair olur
hüsnünün seyrinə dalan, ay şuşa
ilhamı alırsan xarı gülündən
muğam, mahnı, təsnif düşməz dilindən
heç vaxt qələmini qoymaz əlindən, əlindən
səndən ilhamını alan, ay şuşa
heç vaxt qələmini qoymaz əlindən
səndən ilhamını alan, ay şuşa
[nəqərat]
şuşam, ay şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
cənnətim şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
gözəlim şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
şuşam, ay şuşam
gözəlim şuşam
şuşam, ay şuşam
vətənim şuşam
Random Song Lyrics :
- yarinim yok - başgan lyrics
- encore (umi fade version) - eminem lyrics
- alive - lonely spring lyrics
- manga - مَنجا - el far3i - الفرعي lyrics
- jam satu - satine zaneta lyrics
- bad person - winston julian lyrics
- you really need to do some phonk - arcfox lyrics
- cloud nine - bedrooms & zac chase lyrics
- shoes & clothes - [facy] lyrics
- cavalli - delgao & d3llano lyrics