
yağış - lalə məmmədova lyrics
[bənd 1]
göyün xətrinə kim dəyib?
kəsilmir, narın ağlayır
dumanla üzünü örtüb
kimsə duymasın, ağlayır
narın yağış səsin kəsə
yolçu qərib səsləyən kim?
gecə pəncərə önündə
göy qurşağı gözləyən kim?
[nəqərat]
xatirələr pərən – pərən
ümidlərim islanacaq
yağış sevgi duasıtək
ötənləri qaytaracaq
bulud buluda sevgili
şimşəyin odu sönübdür
o qızın gözü göy üzü
narın yağışa dönübdür
[bənd 2]
ya bax günəşli şəhərə
bu yağış nə gətirəcək?
xatirələr yuyulduqca
kirpiklərim şeh çəkəcək
bir tənha qoca ağlayır
yağış kəsənə bənzəmir
evin dammağı o yana
ürəyi, qəlbi nəm çəkir
[nəqərat]
xatirələr pərən – pərən
ümidlərim islanacaq
yağış sevgi duasıtək
ötənləri qaytaracaq
bulud buluda sevgili
şimşəyin odu sönübdür
o qızın gözü göy üzü
narın yağışa dönübdür
[bənd 3]
çox yağma sən, narın yağış
gözümə bax, qəlbim damır
torpaq əsir, məzar qərib
yağdıqca içim dağılır
çox yağma sən, narın yağış
gözümə bax, qəlbim damır
torpaq əsir, məzar qərib
yağdıqca içim dağılır
[nəqərat]
xatirələr pərən – pərən
ümidlərim islanacaq
yağış sevgi duasıtək
ötənləri qaytaracaq
bulud buluda sevgili
şimşəyin odu sönübdür
o qızın gözü göy üzü
narın yağışa dönübdür
[sonluq]
xatirələr pərən – pərən
ümidlərim islanacaq
yağış sevgi duasıtək
ötənləri qaytaracaq
ya bax günəşli şəhərə
bu yağış nə gətirəcək?
xatirələr yuyulduqca
kirpiklərim şeh çəkəcək
Random Song Lyrics :
- constellation hipparchia - mare cognitum lyrics
- push it - twenty88 lyrics
- not to blame - ashes the chosen lyrics
- these days - tom tripp lyrics
- move mountains - lil wyte & jelly roll lyrics
- bozorg shodim - ehsan lyrics
- musica e fumo - loop therapy lyrics
- sebtk - amr diab lyrics
- visions - the shore cases lyrics
- à moitié - sons of melody lyrics