
miri yusif - mən gedəcəm lyrics
[bənd 1]
mən həmin o itirilmiş vicdan
mən xoşbəxtlik axtaran insan
çox yorulmuşam bu yollardan
səhnələrdən, pərdələrdən və rollardan
bir gün qərib ellərə köçəcəm buralardan
[keçid]
hamımız möhtacıq tanrının rəhminə
dua et ki, düşməyək fələyin zəhminə
ya rəbb!
göndər mərhəmətindən bəndələrin qəlbinə
qoy bitməsin sevgilər
necə ki, bitdi “zaur və təhminə”
[nəqərat]
gəmilər aparır bizi tənha limana
səmalar çağırır bizi sirli cahana
“əlvida” demədən
bu qəddar zamandan mən gedəcəm
(ölənəcən mən sevəcəm)
gəmilər aparır bizi tənha limana
səmalar çağırır bizi sirli cahana
bağışla, ay ata, bağışla
can anam, mən gedəcəm
(buraları tərk edəcəm)
[bənd 2]
mən daxili qocalmış aslan
mən bağları saralmış bağban
xəstə könlümdə hər an üsyan
mən bezmişəm köksüz bitən yalanlardan
uydurulma qəhrəmanlardan
[keçid]
hamımız möhtacıq tanrının rəhminə
dua et ki, düşməyək fələyin zəhminə
ya rəbb!
göndər mərhəmətindən bəndələrin qəlbinə
qoy bitməsin sevgilər
necə ki, bitdi “zaur və təhminə”
[nəqərat]
gəmilər aparır bizi tənha limana
səmalar çağırır bizi sirli cahana
“əlvida” demədən
bu qəddar zamandan mən gedəcəm
(ölənəcən mən sevəcəm)
gəmilər aparır bizi tənha limana
səmalar çağırır bizi sirli cahana
bağışla, ay ata, bağışla
can anam, mən gedəcəm
(buraları tərk edəcəm)
Random Song Lyrics :
- feelin' alright - lulu lyrics
- impale - sad jig lyrics
- my favorite thing - orange joe lyrics
- remember the oathe - stormwarrior lyrics
- tá suave vai passar - mc modelo lyrics
- the preacher and the bear - phil harris lyrics
- kom ihåg mig (live) - lars winnerbäck lyrics
- hey my friend | ياصاحبي - refugees of rap lyrics
- パール (pearl) - bish (jp) lyrics
- show you love - jaci velasquez lyrics