
yamaq - mc b.u.s lyrics
[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora
[bənd 1]
dövrün şairiyəm, küçələrdən yazan kəsəm
doğru danışıramsa, sözümü ancaq azan kəsər
dilimin sərtliyini, sözümün kəsərliyini
qələmimin itiliyini, istəyərsə, yazan kəsər
boş*boş fikirlərlə keçirdirik hər saatı
bir boğaz çörək üçün gecə*gündüz tər, su axır
elə bir gündəyik ki, heç bir şeyə vaxt çatmır
tanrıya əl qalxır, insana əl çatmır
dövran elə gəlib ki, kin*nifrət dibə dirənib
bəzən hər bir şeyi rədd eləyib, yazmalısan
əvvəl ölülər susub, dirilər danışardı
indi ölmək üçün danış, yaşamağa susmalısan
ekranda həyasız, tv*ə çıxan heç kim
doğru danışa bilmir, amma qeybət bilir
məktəbdə şagirdin təhsil alması üçün indi
qiymət vermir müəllim, qiymət deyir
baş o qədər qarışıb ki, kim harada, kim neynəyir
sosialda şərh yazırıq axmaq kimi
bir az yaltaq kimi, bir az da qorxaq kimi
o qədər saxtayıq ki, çökmüş yola yamaq kimi
[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora
[bənd 2]
[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora
Random Song Lyrics :
- i’m all about you - devspeakz lyrics
- faze blaziken diss track - faze rain lyrics
- wormholes - corey gipson lyrics
- seita rataria - tranquilonge lyrics
- i'm up now - famous irv lyrics
- the ballad of sans - lil sans lyrics
- die lösung - fritz stingl lyrics
- baby huncho(intro) - flexso margiela lyrics
- drake shit - jalenhero lyrics
- guet-apens - kjt lyrics