
yarımçıq - mikope lyrics
[bənd 1]
keçmişin bir səhifəsində
yarımçıq hekayə
çıxdı bir gün qarşıma
qəribə şəkildə
sözlərim çox
sirdaşım yox
ruhum biçarə
söylə, dostum, yaşarmı qəlb
qızıl qəfəsdə?
[nəqərat]
ömrümün hər anı xoş keçirdi
sığallı əllərin əlimi tutanda
məhəbbət məni dəli edirdi
buzlu nəfəsin üzümə qonanda
amma sən yenə aldatdın məni
saldın bürünc pilləli bir oyuna
amma sən yenə aldatdın məni
çıxdın gizlicə qurbanlar ovuna
[bənd 2]
bir zamanlar şən sədalar
artıq monoton
yer üzündə bütün çalarlar
rənglər monoxrom
istəsəm də, etməsəm də
çevrildi səhifə
gözümü yumdum, bir də açdım
yeni bir hekayə
[nəqərat]
ömrümün hər anı xoş keçirdi
sığallı əllərin əlimi tutanda
məhəbbət məni dəli edirdi
buzlu nəfəsin üzümə qonanda
amma sən yenə aldatdın məni
saldın bürünc pilləli bir oyuna
amma sən yenə aldatdın məni
çıxdın gizlicə qurbanlar ovuna
Random Song Lyrics :
- hard in the paint - arrested development lyrics
- infinity_4/undercover freestyle - ateyaba lyrics
- regale road - decisive drama lyrics
- peace - jai winter lyrics
- heart away- jersey remix - johnny 2 phones lyrics
- who not - yg teck lyrics
- crash & burn - summer alone lyrics
- wow - blok3 lyrics
- christmas day - spank hair lyrics
- una canción (studio version) - rbd lyrics