
sənin üçün (mixeyə ithaf) - miri yusif lyrics
[bənd 1]
səma elə bil canımdır, varlıqdan o üstün
buludlar da tüstü
yağış yağıbdır, sel kimi hopubdur cana
unutmaq səni olmur
bu dünya sənsiz dolmur, dolmur yox, yox
mən səni itirmişəm
mən səni tapacam
[nəqərat]
sənin üçün
sənin üçün bu işıq, bu səma
sənin üçün yaranmışam
sənin üçün öləcəm
sənin üçün
sənin üçün bu uçuş, bu hünər
mən səni itirmişəm
mən səni tapacam
küləyim, əsmə, külək
yolumu kəsmə, külək
günəşim, ayla barış
talehimin qanadlarını islatma, yağış
[bənd 2]
halım dünyadan da bezibdir, arxalanıbdır yerə
zülmətdə də gəzibdir
könlüm parçalanıbdır peşiman bölgədə
dayanmaq gücüm yoxdur
geriyə yolum yoxdur, yoxdur, yox, yox
bir qanadımız yerdə
o birisi də göydə
[nəqərat]
sənin üçün
sənin üçün bu işıq, bu səma
sənin üçün yaranmışam
sənin üçün öləcəm
sənin üçün
sənin üçün bu uçuş, bu hünər
mən səni itirmişəm, bala
mən səni tapacam
küləyim, əsmə, külək
yolumu kəsmə, külək
günəşim, ayla barış
talehimin qanadlarını islatma, yağış
[keçid]
bu nə sui*qəsd, bu nə intihar
payıza vurulub qovuşur bahar
göylər yüksəltməyə məni yalvarır
orada aşiq quşların qatarı
[çıxış]
sənin üçün bu uçuş bu hünər
mən səni itirmişəm, bala
mən səni tapacam
Random Song Lyrics :
- nostalgia (remix) - carla prata lyrics
- any lengths - reaper lyrics
- pain and sadness - timbo finna lyrics
- lieve nigga - de jeugd van tegenwoordig lyrics
- na porta do colégio - angélica lyrics
- habibi albi - faydee lyrics
- army of liars - gods of silence lyrics
- grandes jambes - fred fortin lyrics
- known to find - lil floozy lyrics
- contagious - 24hrs lyrics