badə-badə - miro (aze) lyrics
[bənd 1]
nədir bəxtimizə düşən, ayrılığın adıdırmı?
uzaq olsaq da, düşən yada yarın yadıdırmı?
bu gələn dad acıdır, eşqimizin dadıdırmı?
gedən onsuz da gedər, heyif, sevgi badə gedir
o gedəndən içirəm, şərab badə*badə gedir
elə bil yıxılmışam, əl tutanım yoxdur mənim
çinaram səhralığa, gəl, budağım yoxdur mənim
qurumuş torpağa tən bağça*bağım yoxdur mənim
gözümün önündə yar addım atır, yada gedir
o gedəndən içirəm, şərab badə*badə gedir
[bənd 2]
mən həmin baxışlarla gözlərinin aşiqiyəm
o şirin dillərinin, sözlərinin aşiqiyəm
mənə bağlı ikən olan hisslərinin aşiqiyəm
həyatım təxminidir, saat radə*radə gedir
o gedəndən içirəm, şərab badə*badə gedir
hər anı əzbərimdə qarış*qarış tellərinin
yatıram, xəyal edirəm onla olan günlərimi
oyanıb hiss edirəm istiliyini əllərinin
belə halda ikən, inan, qəflətən iradə gedir
o gedəndən içirəm, şərab badə*badə gedir
[bənd 3]
bu əzablarla nədir sevgi bilib sayəndə
leylinin məcnunuyam, söhbəti var barəmdə
nə cəhənnəm, nə də cənnətdir maraq dairəmdə
bu sirri bilən bilir, savaş bu dünyada gedir
o gedəndən içirəm, şərab badə*badə gedir
dəyişib dövranım, hər kəs tanıyır, hamı bilir
gəlmişəm qarış*qarış, danışmışam, hamı bilir
dünyanın hər cürəsini ömür edirəm şanı bilib
bu adam mərd yaşayıb, sadə gəlib, sadə gedib
gedən onsuz da gedib, şərab badə*badə gedir
Random Song Lyrics :
- ni mandándote a hacer - calibre 50 lyrics
- dynamite (acoustic) - roadtrip lyrics
- get high(forget about u) - plan&tbubu lyrics
- let you go - yvonne catterfeld lyrics
- alice - your neighbors lyrics
- voy a ser breve - calibre 50 lyrics
- sea devil - lalu lyrics
- get shot (audiotree live version) - grlwood lyrics
- nothing people - fuzz lyrics
- we all take risks - dmvmisfit lyrics