
cavan oğlan - mirzə babayev lyrics
[bənd 1]
getmə, getmə, a dilbər
məni etmə mükəddər
getmə, getmə, a dilbər
məni etmə mükəddər
özümü yüz cavana
eyləmərəm bərabər
[nəqərat]
getmə, getmə, amandır
ürəyim dolu qandır
zahirdə qocaldımsa
könlüm hələ cavandır
[bənd 2]
qabaq dişim tökülüb
azılarım sökülüb
qabaq dişim tökülüb
azılarım sökülüb
mənə qoca deməzlər
bir az belim bükülüb
[nəqərat]
getmə, getmə, amandır
ürəyim dolu qandır
zahirdə qocaldımsa
könlüm hələ cavandır
[bənd 3]
isticə lavaşım var
hər gecəyə aşım var
isticə lavaşım var
hər gecəyə aşım var
demə, dədəm yerdəsən
ancaq əlli yaşım var
[nəqərat]
getmə, getmə, amandır
ürəyim dolu qandır
zahirdə qocaldımsa
könlüm hələ cavandır
[bənd 4]
sözün məni yaralar
ürəyimi paralar
sözün məni yaralar
ürəyimi paralar
saqqalım ağardısa
həna qoysam, qaralar
[nəqərat]
getmə, getmə, amandır
ürəyim dolu qandır
zahirdə qocaldımsa
könlüm hələ cavandır
getmə, getmə, amandır
ürəyim dolu qandır
zahirdə qocaldımsa
könlüm hələ cavandır
Random Song Lyrics :
- sus ojos se cerraron (tango) - diego el cigala lyrics
- moriré - vico c lyrics
- in the bag (bonus) - black bobby lyrics
- silence - orpheus letrista lyrics
- watch out for this (bumaye) - major lazer lyrics
- letter to my son remix - ceelo green lyrics
- pussy pussy pussy - clayton jokythur lyrics
- el hekaya - wael jassar lyrics
- hamer spieker biele boom - bökkers lyrics
- the drug - ndgo lyrics