ulduzlu nəğmə - mübariz tağıyev lyrics
[giriş]
hər axşam qaralır göylər
uzaq səmada ulduzlar yanır
kim bilir, nə mehriban baxışlar
ulduz olub yerə boylanır axşam
[bənd 1]
hər axşam qaralır göylər
uzaq səmada ulduzlar yanır
kim bilir, nə mehriban baxışlar
ulduz olub yerə boylanır axşam
dünyadan insanlar gedir
bir ulduz göydə işığı qalır
göylərdə yox olub itir qocalıq
ömrün cavan çağı qalır dünyada
[nəqərat]
hər axşam bir insan ulduz olur
göydə yanır, köz olur
bir gecədə gündüz olur dünyada
ay mənim bəxt ulduzum
həyatda izlə məni, sən mənimsən
sən gözlə məni
[bənd 2]
ən əziz həmdəmim, dostum
bir həzin axşam düşəndə yada
sən boylan uzaq, ulduzlu göylərə
ulduza çevrilir insan axırda
[nəqərat]
hər axşam bir insan ulduz olur
göydə yanır, köz olur
bir gecədə gündüz olur dünyada
ay mənim bəxt ulduzum
həyatda izlə məni, sən mənimsən
sən gözlə məni
hər axşam bir insan ulduz olur
göydə yanır, köz olur
bir gecədə gündüz olur dünyada
ay mənim bəxt ulduzum
həyatda izlə məni, sən mənimsən
sən gözlə məni
hər axşam bir insan ulduz olur
göydə yanır, köz olur…
Random Song Lyrics :
- 99skys - yun cloud lyrics
- faith healer - waxwane lyrics
- kusje van jou - k3 lyrics
- this is circulation - jackhoeting lyrics
- mezze verità - armata del tronto lyrics
- the path of the dead - igni lyrics
- snapchat story - bilal saeed lyrics
- aynı daldaydık - ahmet kaya lyrics
- built to roam (live at levon's) - shakey graves lyrics
- whiskey's always strong (acoustic) - cypress spring lyrics