
son zəng - muhammad allahverdiev lyrics
[bənd 1]
dostlar, ah çəkməyin elə dərindən
bu gün ürək coşur, könül çağlayır
dünyanın ən zərif çiçəklərindən
əziz müəllimə, dəstə bağlayın
[nəqərat]
isti yay günündə ayrılır yollar
gənclik illərindən doğar arzular
bizə uşaqlıqda açılan qollar
indi qucaqlayıb uğur arzular
[bənd 2]
bax geniş üfüqlər səsləyir bizi
gəlin min həvəslə çıxaq yollara
uğurlar gözləyir hər birimizi
sən öz cığırını, izini ara
[nəqərat]
isti yay günündə ayrılır yollar
gənclik illərindən doğar arzular
bizə uşaqlıqda açılan qollar
indi qucaqlayıb uğur arzular
[çıxış]
son zəngin sədası ayrılıq deyir
ötən günlərə də əlvida demə
məktəbə ürəkdən: “çox sağ ol”*deyin
görüşə gələrik biz bir gün yenə
son zəngin sədası ayrılıq deyil
ötən günlərə də əlvida demə
məktəbə ürəkdən: “çox sağ ol”*deyin
görüşə gələrik biz bir gün yenə
Random Song Lyrics :
- french toast - zectifxx lyrics
- orchestral fantasia - mizuki nana lyrics
- слова (words) - sadovnik lyrics
- un milione - boriani lyrics
- the dopeman - dbait lyrics
- doradísima - la más draga lyrics
- no necesitamos más - silvia y karmen lyrics
- muse - jay heart lyrics
- props to my nigga (skit) - coco (rapper) lyrics
- узы - campbullet lyrics