sən getdin - mustafa mustafayev lyrics
[bənd 1]
sən getdin, elə bil dünya boşaldı
yaz da köçüb getdi, yeri boş qaldı
sən getdin, elə bil dünya boşaldı
yaz da köçüb getdi, yeri boş qaldı
bahar ürəyimi sənsiz qış aldı, ey yar
mən yaza vurğunam, qışı neylərəm..?
mən yaza vurğunam, qışı neylərəm..?
[nəqərat]
eşqimi aparıb sən getdin, demək
eşqsiz bir könül nəyimə gərək?
soyuq daşa döndü o gündən ürək, ürək
sinəmdən asılan daşı neylərəm?
sinəmdən asılan daşı neylərəm?
[bənd 2]
həmişə ayrıyıq, gecə*gündüzük
birimiz təpəyik, birimiz düzük
həmişə ayrıyıq, gecə*gündüzük
birimiz təpəyik, birimiz düzük
üstünün qaşıyla tanınar üzük, üzük
əgər üzük yoxsa, qaşı neylərəm?
əgər üzük yoxsa, qaşı neylərəm?
[nəqərat]
eşqimi aparıb sən getdin, demək
eşqsiz bir könül nəyimə gərək?
soyuq daşa döndü o gündən ürək
sinəmdən asılan daşı neylərəm?
sinəmdən asılan daşı neylərəm?
sinəmdən asılan daşı neylərəm?
[muğam]
niyə yaşayıram, mən niyə sənsiz..?
nə göyə baxıram, nə yerə sənsiz…
mən ki kor olmuşam, mən ki kor olmuşam hər şeyə sənsiz
kor gözün üstündə qaşı neylərəm..?
Random Song Lyrics :
- on top - mjm lyrics
- almost a full moon - james nelson lyrics
- westside - bbg baby joe lyrics
- posters - nick lopez lyrics
- ant - nora tirrell lyrics
- everything - rone (france) lyrics
- rem $leep - hexkin lyrics
- till death do us part - the other (horrorpunk) lyrics
- 그 때 (back then) - owen ovadoz lyrics
- come into the world - don malik lyrics