
ayrılıq bileti - nəsimi məmmədov lyrics
[bənd 1]
səni qatarlarla yola salmadım
təyyarəyə minib uçmadın mənlə
qəminin ardınca baxıb qalmadım
taksi aparmadı səni şəhərdən
qəminin ardınca baxıb qalmadım
taksi aparmadı səni şəhərdən
[nəqərat]
mən səni itirdim yanımda ikən
ayrılıq biletin haradan aldın?
mən səni itirdim, nə üçün, nədən?
sən getdin, bilmirəm, mən niyə qaldım?
sən getdin, bilmirəm, mən niyə qaldım?
[bənd 2]
gəzib dolaşıram hey küçənizi
eviniz budur bax, yaxındasan sən
sözlərin acısı ayırdı bizi
bu hicran yamandır hər məsafədən
sözlərin acısı ayırdı bizi
bu hicran yamandır hər məsafədən
[nəqərat]
mən səni itirdim yanımda ikən
ayrılıq biletin haradan aldın?
mən səni itirdim, nə üçün, nədən?
sən getdin, bilmirəm, mən niyə qaldım?
sən getdin, bilmirəm, mən niyə qaldım?
[çıxış]
sən getdin, mən niyə…
mən niyə qaldım?
sən getdin, mən niyə…
mən niyə qaldım?
sən getdin, mən niyə…
mən niyə qaldım?
sən getdin, mən niyə…
mən niyə qaldım?
Random Song Lyrics :
- feeling like (it's aight) - smoove boogie lyrics
- distance - ministry of lyrics
- estoy mejor solo - robot95 lyrics
- em cristo jesus (ao vivo) - diante do trono lyrics
- ноябрь (november) - varenichek lyrics
- not today satan - chucho vcj lyrics
- disculpa la imprudencia - viejo café lyrics
- figurína - meiton lyrics
- опг собачий провод - 3 lyrics
- eren: ao som do estrondo (nerd hits) - 7 minutoz lyrics