
dostum - nəsimi məmmədov lyrics
[bənd 1]
bil ki, hər kəs üçün dostluq deyil asan
can dostum, sirdaşım, daim yanımdasan
çətin günlər olsa əgər, darıxma
gələrəm yanına, bilsəm ki, dardasan
[bənd 2]
dostum, həyat bir gün sevinc, bir gün kədər
dünya budur: kimlər gələr, kimlər gedər…
olmaz mənə dostluq edən sənin qədər
mənim dostum, canım dostum
[nəqərat]
dostum, günlər, aylar, illər keçər yenə
yalançılar hər gün “dostum” deyər mənə
dünyada nə yaxşı sən varsan bir dənə!
mənim dostum, canım dostum
[bənd 3]
yaxşı günlərin dostu lap çoxdur, inan
amma sənsən hər halınla mənə yanan
daim üzün gülsün, gülsün, əziz insan
sənin dərdin mənim dərdimdir hər zaman
[nəqərat]
dostum, həyat bir gün sevinc, bir gün kədər
dünya budur: kimlər gələr, kimlər gedər
olmaz mənə dostluq edən sənin qədər
mənim dostum, canım dostum
dostum, günlər, aylar, illər keçər yenə
yalançılar hər gün “dostum” deyər mənə
dünyada nə yaxşı sən varsan bir dənə!
mənim dostum, canım dostum
dostum, həyat bir gün sevinc, bir gün kədər
dünya budur: kimlər gələr, kimlər gedər
olmaz mənə dostluq edən sənin qədər
mənim dostum, canım dostum
dostum, günlər, aylar, illər keçər yenə
yalançılar hər gün “dostum” deyər mənə
dünyada nə yaxşı sən varsan bir dənə!
mənim dostum, can dostum
(dostum…)
(dostum…)
Random Song Lyrics :
- uncertain - kasi buckets lyrics
- du hast kein hartes leben - gzuz & bonez mc lyrics
- selain dirimu (acoustic version) - izak dahlberg lyrics
- hector #youthday2020 - danile tshazibane lyrics
- maintenant je sais - jean-jacques debout lyrics
- you could neva - prince airick lyrics
- crayon café - captain denim lyrics
- sabotage / the first take - ryokuoushoku shakai lyrics
- f.u.c.[k] - blince lyrics
- stupid - 279tyler lyrics