
mübariz - nadir qafarzadə lyrics
[bənd 1]
adın kimi mübarizə aparmısan
zəfərinlə ucalmışıq, mübariz
sən illərin həsrətini qopardın
bu şərəfdən güc almışıq, mübariz
ululardan əmanətimdir vətən
namusumdur və qeyrətimdir vətən
sənin kimi fəxarətimdir vətən
can verməyə yaranmışıq, mübariz
[nəqərat]
sən ölmədin mələklərin yanında
yenə millət qeyrəti var canında
itirdiyin bircə damla qanında
sızlamışıq, saralmışıq, mübariz
itirdiyin bircə damla qanında
sızlamışıq, saralmışıq, mübariz
[bənd 2]
qarabağın halal çörək, duzuyuq
tarixlərdə həkk olunmuş yazıyıq
haqq yolunda qan tökməyə razıyıq
daha səbirsiz olmuşuq, mübariz
yollarımız alov olar, od olar
az qalıbdır, bu zülmlər yad olar
eşidərsən, yenə ruhun şad olar
böyük qələbə çalmışıq, mübariz
[nəqərat]
sən ölmədin mələklərin yanında
yenə millət qeyrəti var canında
itirdiyin bircə damla qanında
sızlamışıq, saralmışıq, mübariz
itirdiyin bircə damla qanında
sızlamışıq, saralmışıq, mübariz
sən ölmədin mələklərin yanında
yenə millət qeyrəti var canında
itirdiyin bircə damla qanında
sızlamışıq, saralmışıq, mübariz
itirdiyin bircə damla qanında
sızlamışıq, saralmışıq, mübariz
[çıxış]
sızlamışıq, saralmışıq, mübariz
sızlamışıq, saralmışıq, mübariz
mübariz… mübariz…
Random Song Lyrics :
- känns som 85 - andreas mattsson lyrics
- faithful - kushim lyrics
- wavy - lil koli lyrics
- glow up - yvung scott lyrics
- a strange day (drowning waves mix 2018) - the cure lyrics
- hurry me down to hades - gregor barnett lyrics
- christian alternative rock song 2006 - eddie canyon lyrics
- blaze up - juicy j & wiz khalifa lyrics
- 작은 별 (dream) - apink (에이핑크) lyrics
- blind loyalty - sky caught fire lyrics