
qurban belə gəlinə - nadir qafarzadə lyrics
[bənd 1]
görürsənmi oğrun baxan gözəli
tərlan kimi nеcə cilvələnibdi?
bir qıya baxanda, alar canımı
gözləri qüdrətdən sürmələnibdi
[nəqərat]
qurban belə gəlinə
ay, qurban belə gəlinə!
qurban belə gəlinə
ay, qurban belə gəlinə!
[bənd 2]
xoş gəlibdi xoş saatda cahana
yoxdu gözəlliyə qüsur, bəhana
qənd əzilib dilə, dişə, dəhana
qaymaq dodaqları bal bələnibdi
[nəqərat]
qurban belə gəlinə
ay, qurban belə gəlinə!
qurban belə gəlinə
ay, qurban belə gəlinə!
[bənd 3]
ələsgər qurbandı bеlə gəlinə
sona kimi cumub еşqin gölünə
gümüş kəmər xub yaraşır bеlinə
yaxası qızıldan düymələnibdi
[nəqərat]
qurban belə gəlinə
can qurban belə gəlinə
qurban belə gəlinə
ay, qurban belə gəlinə!
qurban belə gəlinə
ay, qurban belə gəlinə!
heyran belə gəlinə
can qurban belə gəlinə!
Random Song Lyrics :
- drugs - rare americans lyrics
- volta logo jesus - lucas e raíssa lyrics
- yh i ate - feng lyrics
- project - sandezz lyrics
- go getter - paul spring lyrics
- in the depths of grief - your spirit dies lyrics
- flight risk - 0bl1que & zayth garçon lyrics
- lightning bolt - no man's park & elias danes lyrics
- i'm back pt 3 / in blood - fifth ave jay lyrics
- bus boogie woogie - rosalinda and the p.i.m.s lyrics