onu heç kimə vermərəm - naira seyidova & pərvənə(az) lyrics
[bənd 1]
ürəyim bir eşq ilə döyünür
onu hər gecə gizlicə düşünür
açıram, yumuram gözlərimi
yenə gözlərimə yar görünür
görürəm, baxa*baxa mənə yanaşır
gözlərim baxışından qamaşır
sevirəm, mən o gözləri sevirəm
o baxış o gözlərə yaraşır
[keçid]
mənə necə baxsa da
göz yaşım axsa da
qəlbimi hər dəfə odlara yaxsa da
odlara yaxsa da yar, yar
mənə necə baxsa da
göz yaşım axsa da
qəlbimi hər dəfə odlara yaxsa da
odlara yaxsa da yar, yar
[nəqərat]
o, mənim cananımdır
həm gözüm, həm canımdır
dərdliyəm, dərmanımdır
onu heç kimə vermərəm
o, mənim ürəyimdir
ən gözəl mələyimdir
mənim öz gərəyimdir
onu heç kimə vermərəm
onu heç kimə vermərəm
[bənd 2]
nə məni öz arzuma yetirir
nə də birdəfəlik əl götürür
nə ümid verib məni yaşadır
nə də öldürüb ömrümü bitirir
elə bil ki qəsdimə dayanıb
dərdi dərdimin üstünə qalanıb
bilirəm, mən o zalımı bilirəm
mənə zülm vermək üçün yaranıb
[keçid]
mənə necə baxsa da
göz yaşım axsa da
qəlbimi hər dəfə odlara yaxsa da
odlara yaxsa da yar, yar
mənə necə baxsa da
göz yaşım axsa da
qəlbimi hər dəfə odlara yaxsa da
odlara yaxsa da yar, yar
[nəqərat]
o, mənim cananımdır
həm gözüm, həm canımdır
dərdliyəm, dərmanımdır
onu heç kimə vermərəm
o, mənim ürəyimdir
ən gözəl mələyimdir
mənim öz gərəyimdir
onu heç kimə vermərəm
o, mənim cananımdır
həm gözüm, həm canımdır
dərdliyəm, dərmanımdır
onu heç kimə vermərəm
o, mənim ürəyimdir
ən gözəl mələyimdir
mənim öz gərəyimdir
onu heç kimə vermərəm
onu heç kimə vermərəm
Random Song Lyrics :
- let it burn - carpetman & black soil lyrics
- don't say shit - ygtheboy lyrics
- tvb - mike one (ita) lyrics
- little things - the world famous tony williams lyrics
- e.t.a. = it’s late - sadboymusic lyrics
- without you - jawshhhhhh lyrics
- cifs - $eventh1nl1fe lyrics
- подивись на мене (look at me) - ponimau lyrics
- ferragamo - nino c lyrics
- come and see me for once (drake only) - drake lyrics