
dəniz - natavan habibi lyrics
Loading...
[bənd 1]
dalğalar dənizdən nədən küsüb
sən məndən küsdüyün kimi?
ləpələr sahildən uzaq düşüb
sən uzaq düşdüyün kimi
sevgilim, gəl, uzat əllərini
sevgidən çağlasın dəniz
unudar, bəlkə də, kədərini
qovuşar, qalmaz sevgisiz
[bənd 2]
bilməzdim, bu qədər sakit olur
həsrətlə çırpınan dəniz
ağlarkən damlalar ləpə olur
çünki mən qalmışam sənsiz
oynama, dənizimlə oynama
sən qaytar ona sevgimi
oynama, ürəyimlə oynama
əzizim, incitmə məni
[çıxış]
dəniz dalğalarsız çağlaya bilməz
dəniz ləpələrsiz sahilə dəyməz
başqa kimsəni ürəyim heç sevməz
qayıt, gəl, əzizim mənim
dəniz dalğalarsız çağlaya bilməz
dəniz ləpələrsiz sahilə dəyməz
başqa kimsəni ürəyim heç sevməz
qayıt, gəl, əzizim mənim
qayıt, gəl, əzizim mənim
qayıt, gəl, əzizim
Random Song Lyrics :
- purgatory - kbackwood$ lyrics
- meglio che lasci perdere - unfamily lyrics
- iv episodio: il doppio alieno sulle ruote - alien army lyrics
- the man with the hat - jandek lyrics
- green dot - milk & bone lyrics
- party dress - mallory johnson lyrics
- lady of the night - frantics lyrics
- last month of the year - vika & linda lyrics
- girls gone wild - dsl lyrics
- good night - yagz_tbb lyrics