
bilən olmasın - nazim faytonçu lyrics
[bənd 1]
gözün gözlərimin içində qalıb
qorxdum, gözlərinə baxa bilmədim
istədim, gözümə baxam bir anlıq
daha öz gözümü tapa bilmədim
gözümə çəkirəm baxışlarını
baxıram, nə zaman oyanacaqsan?
illərlə saxladım göz yaşlarımı
baxsam, göz yaşımla yuyunacaqsan
[nəqərat]
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
[bənd 2]
gözümün içində yuxulayırsan
gözümün qarası şirin yuxundur
gözümü qaldırıb baxmaq istədim
sandım, kirpiklərim sənə toxundu
gözün gözlərimə yığışıb, köçüb
gözümün içindən görməzsən məni
yaxşı gözlərimin içində sənsən
bəs niyə gözlərdə gəzirəm səni?
[nəqərat]
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
gəlib gözlərimin içinə köçdün
bir də gözlərimi görən olmasın
sərirəm üstünə kirpiklərimi
sənin də yerini bilən olmasın
[çıxış]
sənin də yerini bilən olmasın
sənin də yerini bilən olmasın
Random Song Lyrics :
- lucha en equilibrio - denise rosenthal lyrics
- na onda do beat - jerry smith lyrics
- nescience - empyrios lyrics
- crushing snakes - crowder lyrics
- gone (live) - ben folds lyrics
- what is dead may never die - epiphany lyrics
- to a wave - oscar brand lyrics
- one of these days - vance joy lyrics
- scruffy - foreign forest lyrics
- i think im trippin - snacth n dogg lyrics