
unuda bilmirəm - nicat cəfərzadə lyrics
[bənd 1]
ayrı saldım özüm səni
yaraladı sözüm səni
hey axtarır gözüm səni
səni unuda bilmirəm
[keçid]
yollar yalqız, küçə sənsiz
gündüz qəmli, gecə sənsiz
dözüm necə, necə sənsiz?
səni unuda bilmirəm
dözüm necə, necə sənsiz?
səni unuda bilmirəm
[nəqərat]
mən baharam, tər gülümsən
ayım, günüm, hər ilimsən
bir dənizəm, sahilimsən
səni unuda bilmirəm
dözüm necə, necə sənsiz?
səni unuda bilmirəm
dözüm necə, necə sənsiz?
səni unuda bilmirəm
[bənd 2]
gözümdə nəm, göydə bulud
könlüm sənsiz inləyən ud
aləm desə, unut, unut
səni unuda bilmirəm
[keçid]
gəlib bir gün yanaş mənə
hər dərdini danış mənə
yad gəlir dost*tanış mənə
səni unuda bilmirəm
yad gəlir dost*tanış mənə
səni unuda bilmirəm
[nəqərat]
aylar, illər ötüşsə də
gənclik məndən gen düşsə də
saçlarıma dən düşsə də
səni unuda bilmirəm
dözüm necə, necə sənsiz?
səni unuda bilmirəm
dözüm necə, necə sənsiz?
səni unuda bilmirəm
səni unuda bilmirəm
səni unuda bilmirəm
Random Song Lyrics :
- instagram flows - godfree houdini lyrics
- everyday - 279tyler lyrics
- touch - hybrid minds lyrics
- ты знай (you know) - subo lyrics
- rare babe - heinsenblack lyrics
- no melody xan - xannyraph lyrics
- my scars - mac'k fortune lyrics
- the heart machine - samuel colunga lyrics
- telesm - kimia (irn) lyrics
- i.roses - zac nkosi lyrics