
sənə görə - nüşabə musayeva lyrics
[bənd 1]
kəsmədi bir an gözümün yaşı
bəhsə girib sanki yağışlarla
daha bu qədər olmaz ay insafsız
az məni öldür bu baxışlarla
bir*bir izah etməyə yox halım
ta biləsənki nəyi bilmirsən
yoxdur əlindən günüm ay zalım
eh sən hələm çox şeyi bilmirsən
[nəqərat 1]
sənə görə mən od olub yaxaram
sənə görə mən su olub axaram
sənə görə uf demədən verərəm canımı
ölümün gözünə baxaram
yağış olsam yuyaram yollarını
küləy olsam dararam tellərini
mənə açsan sən əgər qollarını
mən ömürlük tutaram əllərini
[bənd 2]
gör neçə müddətdiki tənhayam
bəlkədə heç salmamısan yada
bir hala salmış məni sənsizlik
söz edə bilməz onu ifadə
gəl məni rüsvayu cahan etmə
gülməsin axır mənə el aləm
qorxginən allahdan ay insafsız
yandırar aləmləri ah naləm
[nəqərat 2]
sənə görə mən od olub yaxaram
sənə görə mən su olub axaram
sənə görə uf demədən verərəm canımı
ölümün gözünə baxaram
yağış olsam yuyaram yollarını
küləy olsam dararam tellərini
mənə açsan sən əgər qollarını
mən ömürlük tutaram əllərini
Random Song Lyrics :
- rindu - iis sugianto lyrics
- 原來如此 (reason) (fragrance of music live) - ivana wong 王菀之 lyrics
- big dick energy 2 - benny p lyrics
- glad to be in the service (live) - ricky dillard lyrics
- comin' down - john r. miller lyrics
- sogni d'oro - nico flasher lyrics
- gone - miggy milla lyrics
- taip atsitiko - jovani lyrics
- feelings - cooliecut lyrics
- crash test girlfriend - billie-rae lyrics