lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mavi qızılgüllər (xor kapellası ilə, live) - orkhan zeynalli & gültəkin lyrics

Loading...

[bənd 1]
bu gülü bağışladım ki, sən dərk edəsən
bu gülü bağışladım ki, sən tərk edəsən
bu günü yaşadım ki, anlayasan, bəlkə də, sən
bu ömrü yaşamadım ki, sən məhv edəsən

zamanı verməyiblər ki, biz onu qaytaraq
qədrini bilmədikcə ancaq xəyallarda
həyatı verməyiblər ki, biz onu aldadaq
xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda

sevgini verməyiblər, təkcə ondan mahnı yazaq
bilirəm, sətirlərimdə sevgi müqəddəsdir
torpağı verməyiblər, təkcə orada qəbir qazaq
istərəm, torpaqda bitsin mavi qızılgüllər

bahar vaxtı açıq qalan pəncərələrdən
baxıb güc alanda küçədə sevgililərdən
gizlədəndə gözlərimdə sevgimi hərdən
bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən

qələmi verməyiblər mənə, mən tək səndən yazım
səhərlər ayırır məni sevdiyim gecələrdən
ürəyi verməyiblər mənə, orada tək səni daşıyım
bu qəlbi qırıq*qırıq toplamışam bir neçə yerdən mən
[nəqərat]
bu günlər bizim ömrümüzdən keçər
mənim son ümidim açılan səhər
sənin əllərin mənim əlimdən
ayrılaraq qovuşar əbədi göylərə

biz dünyamızı döndərəcəyik yenə
vurulaq yenə, sarılaq yenə
son dəfə rəqs etmədik yağışda
mənə mavi qızılgülü bağışla

gülü bağışla
gülü bağışla
gülü bağışla

[bənd 2]
uşaq vaxtı axtarırdım möcüzələr mən
tapmadıqca tez*tez deyirdim ki, düzələr mən
maraqsızlaşırdı həyat böyüdükcə mən
gətirmir böyük arzuya böyük büdcələr

sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
sən də yaşada bilmədin, qanıma qarışsan da
sən də qalmayacaqsan yadımda uzun illər
istərəm torpaqda bitsin
insanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
insanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
qanadlarsa heç vaxt incitməyəcək əllərtək

mən artıq istəmirəm adi insan, adi həyat tərzi
artıq istəmirəm, əvvəlcədən bilim gələn fəsli
istəyirəm ki, mənim üzümə gülsün göylər
istərəm, torpaqda bitsin mavi qızılgüllər

[nəqərat]
bu günlər bizim ömrümüzdən keçər
mənim son ümidim açılan səhər
sənin əllərin mənim əlimdən
ayrılaraq qovuşar əbədi göylərə

biz dünyamızı döndərəcəyik yenə
vurulaq yenə, sarılaq yenə
son dəfə rəqs etmədik yağışda
mənə mavi qızılgülü bağışla

gülü bağışla
gülü bağışla
gülü bağışla

bu günlər bizim ömrümüzdən keçər
mənim son ümidim açılan səhər
sənin əllərin mənim əlimdən
ayrılaraq qovuşar əbədi göylərə
biz dünyamızı döndərəcəyik yenə
vurulaq yenə, sarılaq yenə
son dəfə rəqs etmədik yağışda
məni bağışla, məni bağışla

bu günlər (bizim ömrümüzdən keçər)
mənim son ümidim (açılan səhər)
sənin əllərin (mənim əlimdən)
ayrılaraq qovuşar (əbədi göylərə)

biz dünyamızı döndərəcəyik (yenə)
vurulaq yenə, (sarılaq yenə)
son dəfə rəqs etmədik yağışda
məni bağışla, məni bağışla

Random Song Lyrics :

Popular

Loading...