
uzaq sahillərdə - orkhan zeynalli lyrics
[bənd 1]
görəsən vicdanım vurarmı bir gün üzümə şillə?
görəsən necə bu cür vecsizliyimə dözmüş illər?
görəsən doğmalarım bir gün atıb gedəcəkmi?
görəsən harda enər sürdüyüm həyatda sərnişinlər?
alagöz fahişələrə şirin söz və nəvazişlər
müştəri hüzurunda süni gülüş, bəyaz dişlər
doğmalar dözər, bağışlayar, onsuz öyrəşiblər
hər soyuq addımımı qəbul edib, başa düşüblər
görəsən xoş sözlərə aldanıb ulduzmu oldum?
cəmiyətə yem uzatdım, dişlədi, quduzmu oldum?
yayı unutdum, qalıb qışda əbədi buzmu oldum?
dünən evin idim, bu gün masanın üstündə tozmu oldum?
sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə
ya bir gün doğrudan böyüyüb, doğrudan düzəldimsə?!
batmaqdan qorxmayıb baxışlarında üzərdimsə
son dəfə bərk yapış, əgər tutduğun düz əldimsə
[nəqərat]
gedəcək həyatımdan dəqiqələr
nə qədər uzaq getsəm də tapacaq məni sevgilər
gedəcək həyatımdan dəqiqələr
nə qədər uzaq getsəm də tapacaq məni sevgilər
[bənd 2]
yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım
babamın qəbri üstündə doyunca ağlamağım
yadımda deyil nə vaxt demişəm bacıma sevdiyimi
atam heç bilirmi görəsən, onu çox istəməyimi?
məni doğrudan sevənlər qalır həmişə diqqətdən kənar
mən gərək qəbul edim gələn hər bir dərddən qərar
mən gərək məğlub edim, içimi çürüdən mənləri
mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin
illərlə paylamaq sətirləri kimə görə, nəyə görə?
ən pis gündə səni atıb gedən sevgiliyə görə?!
və bir gün çıxır qabağına əsl eşq və dərdin azalır
budurmu ədalət? ondan sonra sevgidən sətrin azalır
onu göz yaşı içində küçədə qoyub getmək
əslində isə ona görə dəyər hər şeyi atıb getmək
nə vaxt ki, çıxdı nəhayət bir mələk həyatında
onunla cənnətə uçmaqdansa qanadın qırdın
sahilə çatmamış niyə dərinlərə dalğalandın?
o can verən sevgini xilas edən son damla qandın
uçdun, etibar etdiyin insanlığa aldandın
doğmalar tərk edir bir*bir, gəl çıx, harda qaldın?
harda qaldın, harda qaldın…
[nəqərat]
gedəcək həyatımdan dəqiqələr
nə qədər uzaq getsəm də tapacaq məni sevgilər
gedəcək həyatımdan dəqiqələr
nə qədər uzaq getsəm də tapacaq məni sevgilər
Random Song Lyrics :
- you brought me a rock!? - iteachvader lyrics
- don't go outside - braxton knight lyrics
- tv (broken vhs version) - moose truffle lyrics
- body bags - bleed the wicked menace lyrics
- uncle drives again - evripidis and his tragedies lyrics
- we are the light - two cent critics lyrics
- overbearing - the current lyrics
- bi anda (!nmstape cypher/1) - nms lyrics
- tule tyttö uimaan - bat & ryyd lyrics
- milk - anita velveeta lyrics