
qravitasiya - orxan zeynallı lyrics
[bənd 1]
daha neçə uşaq aclıqdan öləcək şəkil naminə?
nə qədər insan batacaq ki, gündəm dəyişsin?
dünyanın alın yazısı yazılıb qan ilə
biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə
hələ çox quyular qazılacaq səngər deyə
çox güllə atılacaq kimsə igid olsun deyə
ədalət mücərrəd məvhum və əlçatmaz
yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə
zirvəyə çevrilir ən alçaq dərələr
hələ çox güləcək bizə qəbirdən ölülər
yoxdur artıq kiçik günah, var ancaq irilər
getsə də köhnə zalımlar, gələcək yenilər
küləklə döyüşdükcə ümidsiz gəmilər
batdıqca canlar dibə yeni ləpələr dirilər
yuyulduqca sahillər, dağılar qum saraylar
şahlar can verər, öz xislətində boğulub ağlar
[nəqərat]
əllər açılır göyə, əllər açılır göyə
bəlkə göz gec qırpınanda kimsə görər deyə
kimsə çəkir yerə, kimsə çəkir yenə
günahlar yaddaş kimi, buraxmır heç yerə
mən yalançıyam, sən ədalətsizsən
mən çarəsiz olduqca sən səssizsən
nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
sonda ölüm qravitasiyası səni çəkir yerə
əllər açılır göyə, əllər açılır göyə
bəlkə göz gec qırpınanda kimsə görər deyə
əllər açılır göyə, əllər açılır göyə
günahlar yaddaş kimi, buraxmır heç yerə
mən yalançıyam, sən ədalətsizsən
mən çarəsiz olduqca sən səssizsən
nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
sonda ölüm qravitasiyası səni çəkir yerə
Random Song Lyrics :
- what follows - death therapy cure lyrics
- they will repent - where deprivation lies lyrics
- don't ever stop singing - stillman lyrics
- vuelve - destino san javier lyrics
- control us - julian $tyles lyrics
- resta nostro - la convalescenza lyrics
- du med mej - maj monet lyrics
- the dark tower - sixth floor conspiracy lyrics
- dig a hole - john hartford lyrics
- you and me - izvn lyrics