
unutmaq istərəm - ozan qrupu lyrics
Loading...
[bənd 1]
unutmaq istərəm, özüm özümdən
bir daha ayrılıb haçalanmayım
gecələr yatıram bir fikirlə mən
səni düşünməyim, səni anmayım
a gülüm, səni anmayım
səni anmayım, a gülüm
səni anmayım
[bənd 2]
bu elə qayğı ki, bu elə qəm ki
azdırar yüz illik yolundan səni
gecə də, gündüz də düşünürəm ki
gərək düşünməyim heç zaman səni
a gülüm, heç zaman səni
anmayım səni, a gülüm
heç zaman səni
[bənd 3]
unudar fikirdə, xəyalda, təkcə
unutmaz ürəkdə sevən sevəni
mən özüm özümə “unut” dedikcə
özümü unudub tapıram səni, a gülüm
tapıram səni
tapıram səni, a gülüm
tapıram səni
Random Song Lyrics :
- you’re not good - wh!tecr0ss lyrics
- corpse pit - xsket lyrics
- ветер - аутист в прострации lyrics
- shans - blink jke lyrics
- ola dika sou - πάνος κιάμος (panos kiamos) lyrics
- so hight - lil fr3aky lyrics
- kapitan haak (bonus track) - siles & yung czarny lyrics
- look mama - mke3x lyrics
- cerúleo - universe (col) lyrics
- fuckers of mothers - goomy bears clique lyrics