
badəm şərabla dolu - ədalət şükürov lyrics
[nəqərat]
badəm şərabla dolu
sinəm sualla dolu
nə üçün yazda açır gül
payız gələndə solur?
nə üçün bu dünyada
xeyir və şər də olur?
bir ömür şən olanda
o biri ömür qəmli olur
badəm şərabla dolu
sinəm sualla dolu
nə üçün yazda açır gül
payız gələndə solur?
nə üçün bu dünyada
xeyir və şər də olur?
bir ömür şən olanda
o biri ömür qəmli olur
[bənd 1]
düşündükcə bu həyat
çətin gələr insana
bu həyat asan gələr
düşüncəsiz yaşayana
bu həyat asan gələr
düşüncəsiz yaşayana
birisi xoşbəxtliyi var – dövlətdə görür
o biri aşiq olub sevgi – məhəbbətdə görür
kimisə övladının gələcəyində görür
kimisə uzun ömür və canı sağlıqda görür
düşündükcə bu həyat
çətin gələr insana
bu həyat asan gələr
düşüncəsiz yaşayana
bu həyat asan gələr
düşüncəsiz yaşayana
[bənd 2]
əgər ilk məhəbbətdə axır ayrılıq olur
nə üçün vəfalı dostun gəlib vəfasız olur?
nə üçün insan ömrü getdikcə ağır olur?
gəlir amansız ölüm, axır qara torpaq olur
[nəqərat]
badəm, badəm şərabla dolu
sinəm sualla dolu
nə üçün yazda açır gül
payız gələndə solur?
nə üçün bu dünyada
xeyir və şər də olur?
bir ömür şən olanda
o biri ömür qəmli olur
badəm şərabla dolu
sinəm sualla dolu
nə üçün yazda açır gül
payız gələndə solur?
nə üçün bu dünyada
xeyir və şər də olur?
bir ömür şən olanda
o biri ömür qəmli olur
badəm şərablda dolu…
Random Song Lyrics :
- ima'le - אמאלה - static & ben el - סטטיק ובן אל lyrics
- burn - mike mains & the branches lyrics
- d.j.b.w. - ero jwp lyrics
- supermarket - leddra chapman lyrics
- la telenovela - rob cantor lyrics
- le pouvoir - rohff lyrics
- foume ça - caballero lyrics
- co-star - jason derulo lyrics
- feelings - galaxyy lyrics
- garota diferente - bonde da stronda lyrics