bu yaşıl ağacın altı bizimdir (2025) - ədalət şükürov lyrics
[bənd 1]
kök üstə budağı neçədir, bildim
budaqda yarpağı neçədir, bildim
salxımı, saçağı neçədir, bildim
[nəqərat]
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
[bənd 2]
saçağı tərpənir tellərin kimi
saçağı tərpənir tellərin kimi
yarpağı oynayır əllərin kimi
düyməsi açılıb tüllərin kimi
[nəqərat]
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
[bənd 3]
bu sevgi, bu layla, bu beşik bizim
çəkər növbəmizi bu keşik bizim
nəyimizə lazımdır ev*eşik bizim?
[nəqərat]
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
[bənd 4]
könlümüz havalı, gözümüz də ac
gəncliyin havası başımıza tac
bir sən, bir mənəm, bir yaşıl ağac
[nəqərat]
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
[bənd 5]
atəş allahındır, isti allahın
ocaq allahındır, tüstü allahın
bu yaşıl ağacın üstü allahın
[nəqərat]
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
[bənd 6]
dən kimi səpələ, toxum kimi ək
dən kimi səpələ, toxum kimi ək
zəlimxan, bu anın qayğısını çək
hələ bizdən sonra çoxu deyəcək
hələ bizdən sonra çoxu deyəcək:
[nəqərat]
“bu yaşıl ağacın altı bizimdir”
“bu yaşıl ağacın altı bizimdir”
“bu yaşıl ağacın altı bizimdir”
bizimdir, bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
bu yaşıl ağacın altı bizimdir
Random Song Lyrics :
- безумие - rakheemow lyrics
- down so low - hunter parrish lyrics
- hier word ik gelukkig van - kinderen voor kinderen lyrics
- nepobjediva - gibonni lyrics
- te lo compré - la materialista lyrics
- bakmazsan göremezsin - maestro (tr) lyrics
- biscuit chinois - violett pi lyrics
- 10 - tout a changé - rosko résistance musik lyrics
- all my dawgs - keep pushin entertainment lyrics
- visualizações (a última diss) - moisés filipe lyrics