
dostum - ədalət şükürov lyrics
[bənd 1]
günlər keçir, həyat * ömür dayanmır
bəzən yatır, nə etsən də, oyanmır
gözlədiyin bu gün olur, sabah yox
olan olur bu həyatda, günah yox
qulaq asma pis adamın sözünə
elə yaşa, ləzzət etsin özünə
yaxşılıq et, onu bilən biləcək
heç darıxma, gözəl günlər gələcək
[nəqərat]
bu həyat gözəldir, dost
təki onu gözəl görəsən
mənim üçün söyləmə tost
hərdən soruş: “dostum, necəsən?”
bu həyat gözəldir, dost
təki onu gözəl görəsən
mənim üçün söyləmə tost
hərdən soruş: “dostum, necəsən?”
[bənd 2]
hər kəsin ömründə çətinlik olur
adam bəzən iş*gücündən yorulur
əgər üzülsən, bunları dərd edib
görəcəksən, ömrün yarısı gedib
haradan gəlir, hara gedir bu zaman
bunu bilmir yer üzündə bir insan
işini gör, başqa işə qarışma
özündən de, başqasına danışma
[nəqərat]
bu həyat gözəldir, dost
təki onu gözəl görəsən
mənim üçün söyləmə tost
hərdən soruş: “dostum, necəsən?”
bu həyat gözəldir, dost
təki onu gözəl görəsən
mənim üçün söyləmə tost
hərdən soruş: “dostum, necəsən?”
bu həyat gözəldir, dost
təki onu gözəl görəsən
mənim üçün söyləmə tost
hərdən soruş: “dostum, necəsən?”
bu həyat gözəldir, dost
təki onu gözəl görəsən
mənim üçün söyləmə tost
hərdən soruş: “dostum, necəsən?”
Random Song Lyrics :
- she's not me - live - madonna lyrics
- hajnali hosszú úton - karthago zenekar lyrics
- letting go - josh dreon lyrics
- kollektiv* - lx lyrics
- always around - calm canopy lyrics
- e.t. - basskid lyrics
- room 112 - ross carter lyrics
- verse of a lunatic | hook of a lunatic - cornflex lyrics
- donny b. gone - ric robertson lyrics
- trap take jamil - jamil lyrics