
isti yay - ədalət şükürov lyrics
[nəqərat]
yay gəldi, mən bağdayam
rayondayam, dağdayam
isti yay aylarında
şəhərdən uzaqdayam
isti yay aylarında
şəhərdən uzaqdayam
[bənd 1]
hər il mən bu təhərdə
rayondayam səfərdə
bu istidə şəhərdə
nə var kef*damaqdayam
canının qədrin bilir
qaçıb istidən gəlir
səhər çayda dincəlib
axşamı bulaqdayam
səhər çayda dincəlib
axşamı bulaqdayam
[nəqərat]
yay gəldi, mən bağdayam
rayondayam, dağdayam
isti yay aylarında
doğma sumqayıtdayam
isti yay aylarında
doğma sumqayıtdayam
[bənd 2]
almıram istini vecə
olursa olsun necə
dostlarımla hər gecə
bağda yığıncaqdayam
mən istidən qıraqda
isti məndən uzaqda
yay aylarında bağda
qubada, nabrandayam
yay aylarında bağda
qubada, nabrandayam
[nəqərat]
yay gəldi, mən bağdayam
rayondayam, dağdayam
isti yay aylarında
mərdəkanda bağdayam
isti yay aylarında
mərdəkanda bağdayam
[bənd 3]
dəniz ləzzəti bizdə
günəşdən özünü gözlə
gah sərin dənizdə
gah isti torpaqdayam
eylədikcə diqqəti
dalğaların söhbəti
ruha verir ləzzəti
gör nə gözəl çağdayam
ruha verir ləzzəti
gör nə gözəl çağdayam
[nəqərat]
yay gəldi, mən bağdayam
rayondayam, dağdayam
isti yay aylarında
bilgəhdə, şabrandayam
isti yay aylarında
buzovnada bağdayam
zirədə, qaladayam
Random Song Lyrics :
- ghost - enkay47 lyrics
- el oficio de la vida - tiziano ferro lyrics
- pull up - lil karlix lyrics
- head i.c.e vs serius jones - king of the dot lyrics
- grandis un peu - a2h lyrics
- paura e soldi - nex cassel lyrics
- uova d'oro - madman lyrics
- no games - miindlo$ lyrics
- road soda - yeek lyrics
- perso con te - coco (corrado) lyrics