
mən sənin yanına qışda gələrdim - ədalət şükürov lyrics
[bənd 1]
mən sənin yanına qışda gələrdim
çiçək axtarırdım, gəzdim hər yanı
çiçək axtarırdım, gəzdim hər yanı
hər tərəf bəyaz qar, gül*çiçək hanı?
tapıb, bir dibçəkdən axır ki, dərdim
tapıb, bir dibçəkdən axır ki, dərdim
[nəqərat]
sonra söylədim ki, baharda sənə
bir dəstə bağlaram yaz güllərindən
budur, yola salıb, qarlı qışı mən
sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə görüşünə mən, gəlmişəm yenə
[bənd 2]
dəstə bağlamağım nəyə gərəkdir?
bax, odur, nərgizlər dolu diləklər
bax, odur, nərgizlər dolu diləklər
lalənin ətrini yayır küləklər
yasəmən, qızılgül ləçək*ləçəkdir
yasəmən, qızılgül ləçək*ləçəkdir
[nəqərat]
əzizim, onları qoparmaq olmaz
güllərə çöldə bax, dağ döşündə bax
onlardan mən soraq gətirdim ancaq
bir əlimdə bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, birində bahar
bir əlimdə yaz, birində bahar, birində bahar
gəlmişəm yenə son görüşünə, gəlmişəm yenə
gəlmişəm yenə görüşünə mən, gəlmişəm yenə
bir əlimdə yaz, birində bahar, birində bahar
bir əlimdə yaz, birində bahar, birində bahar
Random Song Lyrics :
- schizophrenic - jwupe zero lyrics
- hangin' around with you (extended) - jason graae & juliet lambert lyrics
- заплела (tangled) - lovera bureaux lyrics
- chimes of innocence - the dorons lyrics
- snow xxxmas - milky dolly lyrics
- sadist2024 - jaisee lyrics
- ラストエフェクト (the last effect) - まふまふ (mafumafu) lyrics
- rendición - delaporte lyrics
- eulogy - gabe connelly lyrics
- グロリアスレボリューション(glorious revolution) - bump of chicken lyrics