
sən gedən gündən - ədalət şükürov lyrics
[bənd 1]
mən özüm özümdən qaçdım bir kəs bilmədən
həyatın üzü dəyişdi sən gedən gündən
əkdiyimiz o ağacda soldu son yarpaq
bu məhəbbət təqvimindən düşdü son varaq
daha sənin pəncərəndə yanmır o işıq
bu qədər insan içində yalnız qalmışıq
sıralanıb sən gedəndən həsrət qatarı
hanı o uzaq günlərin sevgi açarı?
[nəqərat]
sən
sən gedən gündən
sən gedən gündən
unuduldum mən
tək qaldım mən
sən gedən gündən
sən gedən gündən
unutmadım mən
[bənd 2]
gecələri narahatlıq, səhərlər güman
sən mənimçün bu dünyada ən əziz insan
düşünürəm, bəlkə döndün günün birində
evdə sənin əşyaların öz yerlərində
[nəqərat]
sən
sən gedən gündən
sən gedən gündən
unuduldum mən
tək qaldım mən
sən gedən gündən
sən gedən gündən
unutmadım mən
sən
sən gedən gündən
sən gedən gündən
unuduldum mən
tək qaldım mən
sən gedən gündən
sən gedən gündən
unutmadım mən
Random Song Lyrics :
- tesco express - frankie stew & harvey gunn lyrics
- kaala - j trix lyrics
- demons start to pull - undead slayer lyrics
- i dey cool - kwame dabie lyrics
- control - the heavytrackerz lyrics
- what would you do - mike + the mechanics lyrics
- the chase - annika grace lyrics
- millennium - king no-one lyrics
- gin lemon - sindrome di ma lyrics
- fantastique - les denis drolet lyrics