
serenada - ədalət şükürov lyrics
[bənd 1]
sənin pəncərəndə yenə yanmır işıq
yenə sən evdə, mən küçədə qalmışıq
qaranlıq gecədə gözümün işığı
nə olar bircə dəfə baxsan aşağı!
[keçid]
gecənin bu çağında, sən isti otağında
nəğmə deyirəm mən sənə bu həyətdə
[nəqərat]
səhərəcən pəncərənə baxan mənəm, mən
səhərəcən bu mahnını oxuyan mənəm
səhəri gözlərimlə açan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
[bənd 2]
yaşamaq çətindir, qısadır bu ömür
gəl barışaq, unudaq biz keçənləri
dilim səndən başqa bir ayrı söz demir
kölgəm arxanca gəzir bu küçələri
[keçid]
gecənin bu çağında,sən isti otağında
nəğmə deyirəm mən sənə bu həyətdə
[nəqərat]
səhərəcən pəncərənə baxan mənəm, mən
səhərəcən bu mahnını oxuyan mənəm
səhəri gözlərimlə açan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
[bənd 3]
olan oldu, keçdi, sən incimə məndən
çox itirdim həyatda, heç nə tapmadım
bir kəlmə şirin söz istəyirəm səndən
bir imkan ver mənə ömrümə qayıdım
[keçid]
gecənin bu çağında, sən isti otağında
nəğmə deyirəm mən sənə bu həyətdə
[nəqərat]
səhərəcən, səhərəcən, səhərəcən
pəncərənə baxan mənəm, mən
səhərəcən bu mahnını oxuyan mənəm
səhəri gözlərimlə açan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
səhərəcən pəncərənə baxan mənəm, mən
səhərəcən bu mahnını oxuyan mənəm
səhəri gözlərimlə açan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
dəniz rəngli gözlərdə batan mənəm, mən
Random Song Lyrics :
- i'm a pirate (the pirate song) - ed herbers lyrics
- desconocidos - alan wittels & micro tdh lyrics
- na ośce bez zmian - gruz braders lyrics
- i don't care - toil (토일) lyrics
- wanna kill you - ayk & katana lyrics
- king nobody - derelict earth lyrics
- reason - sinxi lyrics
- tabù - live piano version - ashes (ita) lyrics
- 5-0 - psycho rhyme lyrics
- por que é tão complicado? - wasted kidds lyrics