
hisslər okeanı - promete lyrics
bənd 1 (promete)
gəl dalaq dərinə boğulana qədər
lap çökək dibinə, yox olsun iki nəfər
səninlə mən əl-ələ ölümə əgər
deməli, bu həyat yaşanılmayıb hədər
nə qədər mənə de var hələ nələr
içindən gözünə sızacaq sirrlər
təklik deyil bizim üçün
bizimki, yarımçıqlıq
gəl yarıda qoyub qaçaq hər şeyi
mənə nə gərək sənsənsə hər şeyim
bu ruh adlı gəmidə hakim ürək
pilotajdan imtina edib beyin
soyun bədənini, ruhunu burax
axı biz də bacarırıq uçmaq
bunun üçün lazımdır nə qədər az
hisslər okeanına ayaq basmaq
nəqərat (dihaj)
bu hisslər okeanında
bir tək sən
təkcə sən ol yanımda
bənd 2 (promete)
zamanı burax
əlimi götür
dodağıma qon
nəfəsi ötür
qarışdır saçımı
dünyanı söndür
bir az da dərinə
və daha hündür
indi aç gözünü alnın alnımda
yerin üstündəyik səmanın altında
çətinki düşsün dünənlər yadına
hər dəfə qızanda bu anı xatırla
sənin üçün çətindir gücsüz uzandın
dərində rəqs edir indi barmaqlar
üstünü örtdüm sətirlərimlə
və gedirəm yazmağa, çıxdım otaqdan
nəqərat (dihaj)
bu hisslər okeanında
bir tək sən
təkcə sən ol yanımda
bu hisslər okeanında
bir tək sən
təkcə sən ol yanımda
Random Song Lyrics :
- shithead shaming - skibsgames lyrics
- wie du - die lochis lyrics
- pervo-nallen kevätretki - raptori lyrics
- sembrador de amor - joan sebastian lyrics
- jsb - mr. nash lyrics
- jogar pra ganhar - cidade verde sounds lyrics
- lion - mellow mark lyrics
- call me - goldie (noahforworld) lyrics
- love you up (xaphoon bnfn remix) - two inch punch lyrics
- gloria - gashi lyrics